Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

08.07.2013 12:24

Bakıda «Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri» mövzusunda konfrans keçirilib

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə «Startup Azerbaijan» layihəsi çərçivəsində «Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri» mövzusunda konfrans keçirilib.

 

«APA-Economics»in məlumatına görə, konfransın məqsədi ölkədə internet biznesin, xüsusilə də milli «startup»ların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

 

Konfransda çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə gələcək iqtisadi hədəflərin iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulduğunu, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, xüsusən bu sahədə innovativ sahibkarlıq üçün əlverişli, münbit şəraitin yaradılacağını bildirib.


Qarşıdakı 8-10 il ərzində ölkədə rəqabət qabiliyyətli, ixrac potensiallı innovativ xidmət və məhsulların istehsalının genişləndirilməsinə diqqət çəkən nazir Azərbaycan bazarının əslində kiçik ölçülü olduğunu, buna  rəğmən bazarın çəkisinin artmasında innovativ inkişafın əsaslı rol oynayacağını vurğulayıb. Bu baxımdan «startup»ların yaradılmasının dövlət siyasətində əsas xətlərdən birini təşkil etdiyini də deyən Ə.Abbasov onların səmərəli şərtlərlə fəaliyyətinin, uğurlu inkişafının təmin edilməsi məqsədilə ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. İnnovativ ideyaların Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstəklənəcəyini vurğulayan nazir «startup»çılara ilk növbədə ideyalarının patentləşdirilməsini tövsiyə edib.


Konfransda çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti, «Startup Azerbaijan»ın rəhbəri Osman Gündüz qeyd edib ki, məqsəd ölkədə internet-biznesin, xüsusilə də milli «startup»ların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.


Tədbir çərçivəsində «Startup Azerbaijan» layihəsinin yekunları haqqında təqdimatlar edilib, eyni zamanda «Startup Azerbaijan» müsabiqəsinin finalçıları elan olunub. Həmçinin konfrans «İnternet layihələrə dövlətin və özəl sektorun dəstəyi. İT investor nə üçün tapılmır?», «Milli ödəmə sistemləri və mobil ödəmələr. Elektron ticarət və «nağdsız cəmiyyət», «Azərbaycanda mövcud online «startup» bazarı. Yeni ideyalar, yoxsa köhnə, artıq mövcud ideyaların «kopya»sı? «Startup» var pul yoxdur, yoxsa pul var «startup» yoxdur?» kimi mövzular ətrafında 3 panellə davam etdirilib. Daha sonra konfrans ərəfəsində finala çıxan «startup»larla investorların qapalı görüşü təşkil olunub.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek