Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

06.08.2015 10:19

Azərbaycanla İran bir peykdə...

Şahin Muradov: "İranın bu istiqamətdə bir qədər gec qərar verməsi təbiidir ki, ölkəyə tətbiq olunan embarqo ilə bağlı idi"

"İranın böyük dövlət olduğunu nəzərə alsaq, onda onların peykdən maksimum istifadəsi meyli ortaya çıxacaq"
"İran Azərbaycan peyklərindən istifadə sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər". Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri (3-4 avqust) öncəsi müsahibə verən İran-Azərbaycan hökumətlərarası komissiyasının katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib.
O deyib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əlaqələr yüksək səviyyədədir: "Ötən il cənab Mahmud Vaezi "BakuTel-2014" sərgisində iştirak etdi. Həmçinin Əli Abbasov Tehrana səfər etmişdi. Səfər zamanı onu Azərbaycanın müxtəlif qurumlarından və şirkətlərindən nümayəndələr müşayiət edirdi. İndi də cənab Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində rabitə və yüksək texnologiyalar nazirinin müavini cənab İltimas Məmmədovu da dəvət etmişik. Onun üçün xüsusi görüşlər proqramlaşdırmışıq. Belə görüşlərdən biri "Pardis" texnoparkında, digəri isə İran Televiziyasında olacaq".
Onun sözlərinə görə, İran şirkətləri rabitə və informasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır.
M.Möhtəşəmi qeyd edib ki, İran Televiziyasının proqramlarının Azərbaycan peykində yayımlanması ilə bağlı yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qərar vermir. İranın bəzi təşkilatları, o cümlədən Dövlət Televiziyası yayım haqqında rəyini bildirməlidir və birgə rəy əsasında qərar veriləcək: "Hazırda biz məlumatları toplayırıq və peykin potensialından nə dərəcədə istifadə edəcəyimizi dəyərləndiririk. Sevindirici haldır ki, bu səfərdə cənab İltimas Məmmədov İran Dövlət Televiziyasının rəsmiləri ilə görüşəcək və bu sahədə danışıqlar aparacaq. İndiyədək danışıqlar yaxşı səviyyədə aparılıb, layihələr müəyyən olunub. Texniki məsələlər də öz həllini tapmalıdır ki, bu sahədə saziş imzalansın".
İKT üzrə ekspert Şahin Muradov qəzetimizə açıqlamasında bildirdi ki, İranın Azərbaycan peyklərindən istifadə etmək niyyətini bəyan etməsi sevindirici haldır: "Çünki Azərbaycan həmin layihəyə külli miqdarda vəsait ayırıb. Məqsəd həm öz ehtiyaclarımızı ödəməklə yanaşı, həm də layihənin rentabelliyindən qazanc əldə etməkdir. Azərbaycanın orbitə çıxardığı peyklərin buna tam imkanı çatır. Bir neçə ölkə bizim bu xidmətimizdən yararlanır. İranın bu istiqamətdə bir qədər gec qərar verməsi təbiidir ki, ölkəyə tətbiq olunan embarqo ilə bağlı idi. İndi həmin istiqamətdə yaşanan problemlər yoluna düşüb. İran müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etməkdə maraqlı olduğunu bəyan edib. Bu sahədə əməkdaşlığın başlaması hər iki ölkə üçün faydalıdır. Xüsusilə də İranın böyük dövlət olduğunu nəzərə alsaq, onda onların peykdən maksimum istifadəsi meyli ortaya çıxacaq".
Məhəmmədəli QƏRİBLİ

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek