Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

09.09.2015 17:45

İKT Qadınlar Klubu artıq işə başladı

Bu il keçiriləcək BakuTel sərgisinin təşkilatçısı olan Iteca Caspian şirkəti Femmes Digitales klubunun üzvləri ilə görüş keçirib.

Xeberler.az-ın məlumatına görə, Bakıda sentyabrın 20-də Azərbaycan Qadınlarının “Femmes Digitales”  İKT Klubunun “Summer Camp” tədbiri keçiriləcək.

Yaxın günlərdə təşkilatın rəsmi internet səhifəsində tədbirin proqramı ilə tanış olmaq və qeydiyyatdan keçmək mümkün olacaq.

Xatırladaq ki, təşkilatın əsas məqsədi gənclər və xüsusilə qızlar arasında informasiya-kommunikasiya texnologiyaları sektorunu təşviq etmək məqsədilə orta məktəb və universitetlərdə maarifləndirici proqramlardan ibarət bir sıra ictimai tədbirlər keçirməkdir.

Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, B.EST Solutions, Microsoft, HP, Azercell, Bakcell, Azerfon, BBTV, AGAT, İTECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, Mont, Cybernet, BestComp, İnfipro,  Milli Kart və Azərbaycanın digər müxtəlif təşkilat və şirkətlərində aparıcı vəzifələrdə çalışan qadınlar təmsil olunur.

“FEMMES DİGİTALES” klubu yeni yaransa da, artıq dövlət və özəl təşkilatların aparıcı vəzifələrində çalışan qadınlar, eləcə də ölkənin İKT sahəsində karyera qurmağı hədəfləyən gənc qızlar arasında geniş populyarlıq qazanıb.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek