Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.10.2015 10:37

İsraillə rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə nazir Əli Abbasov uğurla və dinamik inkişaf edən Azərbaycan-İsrail əlaqələrinin bir çox sahələri, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsini əhatə etdiyini vurğulayaraq, ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatlar və layihələrdən söz açıb. İsrail şirkətlərinin Azərbaycan bazarında fəal iştirakına da toxunan nazir münasibətlərin hərtərəfli inkişafında yeni əməkdaşlıq istiqamətlərinin vacib rolunu qeyd edib, sahə üzrə gələcək perspektiv planlardan danışıb. Əli Abbasov yeni səfirin diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) və yüksək texnologiyalar sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.

Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsinin inkişaf səviyyəsini yüksək dəyərləndirən səfir Dan Stav İsrail şirkətlərinin yerli bazarda iştirakının artırılmasına, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsinə göstərdikləri maraqdan söz açıb. Qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd edən diplomat bu baxımdan "BakuTel" Beynəlxalq sərgi-konfransının əsaslı rol oynadığını bildirib.

Səfir "BakuTel-2015"də də İsrail şirkətlərinin "İsrail Milli Pavilyonu" adı altında təmsil olunması, eyni zamanda sərgi çərçivəsində keçiriləcək "Azərbaycan- İsrail Yüksək Texnologiyalar Forumu"nun uğurlu təşkili üçün lazımi dəstəyin göstərilməsində səylərini artıracağını deyib.

Görüşdə rabitə və yüksək texnologiyalar sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqda fikir mübadiləsi aparılıb.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  06/12/2019 07/12/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek