Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.10.2015 10:46

Macarıstan Azərbaycanda investisiya qoyuluşuna maraq göstərirlər

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb. RYTN-dan verilən məlumata görə, görüşdə nazir Əli Abbasov ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə, xüsusən rabitə və yüksək texnologiyalar sahəsində daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, İKT-nin bir çox istiqamətləri üzrə Macarıstan və Azərbaycan arasında əməkdaşlığa maraq göstərildiyini vurğulayıb. Nazir səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər fonunda Azərbaycanın İKT sahəsində macar təcrübəsinin tətbiqinin faydalı ola biləcəyini və münasibətlərin gələcəkdə də dinamik inkişaf etdirilməsinə böyük önəm veriləcəyini nəzərə çatdırıb. Səfir İmre Laslotski də əlaqələrin müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, rabitə və yüksək texnologiyalar sahəsində genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı öz fikirlərini paylaşıb. Azərbaycanda qurulan Tier III səviyyəli regional DATA mərkəzinə, eyni zamanda qarşılıqlı investisiya qoyuluşuna macar şirkətləri tərəfindən böyük maraq göstərildiyini deyən diplomat 2-5 dekabr tarixində Bakıda keçiriləcək 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel 2015”) sərgi və konfransında Macarıstanın milli pavilyonla iştirak edəcəyini nəzərə çatdırıb.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek