Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

27.10.2015 16:52

“Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək

5 dekabr 2015-ci il tarixdə 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı (BakuTel 2015) çərçivəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransın əsas istiqamətləri:

Big DataMining və Big Data analitika (Big Data Mining and Big Data Analytics)

Big Data arxitekturaları (Big Data Architectures)

Big Data-nın təhlükəsizliyi (Big Data Security)

Big Data-nın tətbiqləri (Big Data Applications)

Məruzələrin tərtibatına dair tələblər:

Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş və əvvəllər çap olunmamış materiallar qəbul olunur.

Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamalıdır.

Məruzə elektron şəkildə bigdata.bakutel2015@gmail.com ünvanına göndərilməlidir.
Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır.

Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturlar Microsoft Equation redaktorunda (avtomatik parametrlər ilə) yığılmalıdır. Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyadı ingilis dilində əlavə edilməlidir.

Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (ingilis, Azərbaycan və rus) birində təqdim etmək olar.

Şablonu yükləmək olar: Sample_IEEE (eng).doc.

Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_IEEE (aze).doc.

Mühüm tarixlər:

05 noyabr 2015 Məruzələrin təqdim edilməsi üçün son tarix

15 noyabr 2015 Məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixi

5 dekabr 2015 Konfransın iş günü

Əlaqə:

Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9. AMEA İnformasiya Texnologiyaları İnstitutu

Tel:         (+994 12) 510-43-99
E-poçt:    bigdata.bakutel2015@gmail.com
Faks:       (+994 12) 539-61-21

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  23/07/2019 24/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek