Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

06.11.2015 11:08

Nazirlik: “Regionun ən böyük Data mərkəzi bu ilin sonunadək istifadəyə veriləcək”

Tikintisi başa çatan “Tier3” Data mərkəzi regionun ən böyük data mərkəzlərindən biridir.

Gün.Az xəbər verir ki, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, digər istiqamətlərdə bağlantıların son testləri aparılır:

“Yaxın günlərdə testlər yuvarlaqlaşıb alınan sertifikatlar nəzərdən keçirilməklə bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, Azərbaycanda yaradılan Tier3 Data mərkəzində ilkin mərhələdə 200 rəfi, 30 petabayt məlumatların saxlama həcmi, 10-100 GB ötürülmə sürəti olacaq.

Data -mərkəz sistemin istənilən qovşağının sıradan çıxması zamanı işin sabitliyini təmin edəcək, çünki daxilolma göstəricisi 99,985 faizə çatacaq.

Nazir müavini TASİM layihəsindən də danışıb. O deyib ki, “BakuTel” çərçivəsində bütün tərəflətin iştirakı ilə ilkin memorandum imzalandı.  İ.Məmmədov əlavə edib ki, XİN-in dəstəyi ilə bu sahədə aparılan bir çox müzakirləri nəzərə alaraq, bu il BakuTel-də də bununla bağlı görüşlərin ayrıca keçirilməsi nəzərdə tutulur:

“Bu qədər ağır və ölkəmiz, hətta dünya üçün deyərdim çox əhəmiyyətli olan bu layihə ilə bağlı bu il irəliləyişə doğru növbəti addımlar atılacağını düşünürəm”.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek