Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

10.11.2015 11:34

"Startap Günləri"nə start verildi

Bu gün  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında "Startap Günləri"nə start verilib.

Üç gün davam edəcək  tədbirin keçirilməsində məqsəd ölkədə yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki  dəstək və   internet biznesin inkişafına təkan verərək  milli “startup” infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

"Startap Günləri"nə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  Yüksək Texnologiyalar Parkı, "Bakcell", "Cybernet", "SİNAM", "Khazar Ventures" və "ATL  Group" şirkətləri dəstək verirlər.

Tədbiri giriş sözü ilə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz açaraq, tədbir haqda geniş məlumat verib.

Tədbirin açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Startap Günləri”nin keçirilməsini gənc startapçılar üçün yeni ideyalarla çıxış etmək baxımından yeni imkan kimi dəyərləndirib.

“Bu cür təlimlər vasitəsi ilə tələbələr qrup şəklində fəaliyyət göstərməyi öyrənirlər və gələcəkdə bu, onların uğurlu biznes qurmalarına kömək edir. Biz öz növbəmizdə bir dövlət qurumu kimi startapçıları dəstəkləməkdə maraqlıyıq. Azərbaycanın gənc startapçılarının beynəlxalq bazara çıxması və maraqlı məhsul təqdim etməsi müsbət haldır və bu,  inkişaf göstəricisidir” - deyə nazir müavini qeyd edib. E.Vəlizadə bu il “Bakutel-2015” İnformasiya-Kommunikasiya Sərgi-Konfransı çərçivəsində startaplara daha geniş imkanlar yaradılacağını vurğulayıb.

Qeyd edək ki, “Startap Günləri çərçivəsində “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” mövzusunda konfrans  da baş tutacaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek