Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

11.11.2015 09:47

“Bakutel-2015” sərgi-konfransına dair tədbirlər planı təsdiqlənib

Dekabrın 2-dən 5-dək Bakıda keçiriləcək “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının təşkili məqsədilə hazırlanan tədbirlər planı təsdiq edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər planında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiya sahəsində əməkdaşlıq üzrə nazirlərin toplantısının, “Digital Single Market” mövzusunda konfransın, 3-cü Azərbaycan-Belarus İKT Forumunun, İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupunun iclasının, 2-ci Azərbaycan-İsrail İKT Forumunun və 3-cü “Regional İnternet İdarəçilik Forumu Azərbaycan” (RİFAZ 2015) tədbirinin keçirilməsi öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi layihəsi” və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş “Təkmilləşmiş dövlət xidmətlərinin çatdırılması üçün e-hökumətin təbliği” mövzusunda seminarın, həmçinin “Big data: imkanlar, multidisiplinar problemlər və perspektivlər” respublika elmi-praktiki konfransının təşkili planlaşdırılır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek