Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

11.11.2015 09:48

Azərbaycan beynəlxalq forumda təmsil olunur

Bu gün Braziliyanın Juan-Pesoa şəhərində, noyabrın 13-dək davam edəcək, 10-cu İnternet İdarəçiliyi Forumu (IGF) işə başlayıb. Rabitə və  Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir çərçivəsində informasiya cəmiyyəti və internetin idarə edilməsi məsələləri yüksək səviyyədə müzakirə ediləcək.

Builki forumun əsas mövzusu "İnternet idarəçiliyinin təkamülü: dayanıqlı inkişaf hüquqlar və imkanlar”dır. Forumda kibertəhlükəsizlik və etibar, internet iqtisadiyyatı, açıqlıq və müxtəliflik, hərtərəfli əməkdaşlığın genişləndirilməsi, internetdə insan hüquqları, kritik internet resursları və mövcud problemlər müzakirə ediləcək.

Beynəlxalq Forumda ölkəmizi Azərbaycan Prezident administrasiyası yanında ictimai-siyasi məsələlər üzrə şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanova təmsil edəcək.

Tədbirdə, həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP)  Bakı ofisinin əməkdaşları Nəriman Hacıyev, Vasif Məmmədov, Natiq Mürşüdov və IGF-in yerli nümayəndəsi Jalə Hacıyeva iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan 2012-ci ilin 6-9 noyabr tarixində “Bakutel” sərgi-konfransı çərçivəsində 7-ci İnternet İdarəçiliyi Forumuna (IGF) ev sahibliyi edib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek