Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

19.07.2013 11:28

Elmir Vəlizadə: Azərbaycanda elektron xidmətlərin uğurlu inkişafı xaricdə maraq doğurur

Azərbaycanda elektron xidmətlərin uğurlu inkişafı xarici ölkələrin bu xidmətlərə marağına səbəb olub. Trend-in məlumatına görə, bu barədə cümə günü rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsi üzrə ictimai dinləmələrdən əvvəl bildirib.

Nazir müavini deyib ki, ölkədə "elektron hökumət"in formalaşdırılması prosesi davam edir və artıq müəyyən uğurlar əldə edilib: "Bundan əlavə, bu xidmətlərə xaricdən maraq göstərilir. Xüsusilə, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Əfqanıstanın geniştərkibli nümayəndə heyəti ölkənin bu sahədə təcrübəsinə fəal maraq göstərib".

Onun sözlərinə görə, hökumət dövlət strukturlarının təqdim etdiyi elektron xidmətlərin inkişafına böyük diqqət ayırır: "Elektron hökumət" saytında təqdim edilən xidmətlərdən ayda 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 417 xidmətdən 225-i "elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilib".

E.Vəlizadə istifadəçilər arasında xidmətləri populyar olan 10 dövlət qurumunun adını açıqlayıb. Nazir müavini qeyd edib ki, vətəndaşlar üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər, Səhiyyə, Vergilər, Təhsil, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın xidmətləri daha çox maraq doğurur.

Onun sözlərinə görə, ictimai dinləmələrə çıxarılan adıçəkilən Dövlət Proqramının tətbiqi bu sahədə ciddi nəticələr əldə etməyə imkan verəcək. Vəlizadə əlavə edib ki, Dövlət Proqramı 3 ili əhatə edəcək: "Biz proqramın Azərbaycanda elektron xidmətlərin inkişafına əhəmiyyətli təkan verəcəyini və vətəndaşların ondan fəal istifadə edəcəyini gözləyirik".

Nazir müavininin sözlərinə görə, Dövlət Proqramının hazırlanmasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xüsusi işçi qrupları iştirak ediblər.

Vəlizadə vurğulayıb ki, Dövlət Agentliyinin yaradılması ölkədə elektron xidmətlərin inkişafına istiqamətlənmiş vacib institusional addım oldu.

Dövlət Proqramının təqdimatı zamanı qeyd edilib ki, proqram çərçivəsində 43 dövlət strukturu tərəfindən 83 tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbirlər elektron xidmətlərin əhatəsinin genişlənməsi, dövlət orqanlarında mövcud elektronlaşma prosesinin inkişafı və mobil elektron imzanın inkişafına istiqamətlənəcək. Bu tədbirlərin 30 faizindən çoxu "elektron hökumət" sahəsində həllərin inkişafı və tətbiqinə yönəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek