Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

20.11.2015 17:19

Avirtel yeniliklərlə güclənir

Amerika şirkəti Cybernet Communication Inc.-ın filialı olan Avirtel 2000-ci ildə sadə bir məqsədlə - ən yaxşı İKT xidmətlərini təmin etmək məqsədilə təsis olunmuşdur.

15-ci ildönümü ərəfəsində Avirtel uğurla brend yeniləməsini (rebranding) həyata keçirdi, qlobal brendlərlə uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurdu, müştərilərinə daha keyfiyyətli, geniş həllər təqdim etmək üçün xidmətlərinin və məhsullarının sayını artırdı.

Avirtel Azərbaycanın telekommunikasiya bazarında çox iddialı olmaqla uzun bir tarixə malikdir. Biz müştəri xidməti sahəsində liderik. Hər zaman müştərilərimizin qeydinə qalan peşəkar müştəri xidmətləri üzrə heyətimiz bizim xidmətlərimizi dəstəkləyir. Avirtel müştəriləri şirkət fəaliyyətə başladığı gündən bu günədək eyni yüksək səviyyəli müştəri xidmətindən faydalanır.

Etibarlı, rahat və təhlükəsiz qoşulma təmin edən komplekt məhsul və xidmətlər təklif etməklə Avirtel öz müştərilərinə bütün dünya ilə effektiv ünsiyyət qurmağa yardım edir. Müştərilər Avirtel-in yüksək sürətli internet xidmətləri, IPTV, 088 Toll Free, Zəng Mərkəzi, Biznes Proseslərinin İdarəedilməsi Proqramı (BPMS), Mobil həllər, IT Outsourcing, IKT Konsultasiya və Təlim, Veb dizayn, Reklam, IT təhlükəsizlik xidmətləri, LED həllər və geniş çeşidli məhsullarından faydalana bilirlər.

  • Missiyamız – müştəri gözləntilərini təmin etmək və bütün səviyyələrdə yüksək səviyyədə xidmət göstərməkdir
  • Filiallarımız – Biz Bakıda və Azərbaycanın 40 regionunda məhsul və həllərimizi təqdim edirik.
  • Tərəfdaşlarımız – Biz müxtəlif növ müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün bir sıra əlaqələr qurmuşuq. Biz Apple, SNOM, EZCAST, BlueSonic, ADTRAN, NetSapiens, Mimio, TELDOR kimi uğurlu qlobal şirkətlərlə, əsasən eksklüziv əsaslarla tərəfdaş olmuşuq.
  • Uğurlarımız - AvirTel fəaliyyəti müddətində həyata keçirdiyi uğurlu layihələr sayəsində müstəqil təşkilatlar tərəfindən bir sıra nüfuzlu mükafatlar, sertifikat və təltifnamələrlə, o cümlədən 2 il ərzində “İlin İnternet Provayderi” və Toll Free xidmətinin uğurlu tətbiqinə görə “Brand Award” mükafatı ilə təltif edirmişdir.

Avirtel qısa müddət sonra öz yeni texnoloji salonunu açacaq. Burada biz ən son texnologiyalar nümayiş etdirəcək, eləcə də Apple məhsullarının satışı və satışsonrası dəstəyini həyata keçirəcəyik.

Azərbaycandakı təcrübəmiz, yerli və beynəlxalq tərəfdaşlarla olan əməkdaşlığımız bizim gələcək uğurlarımıza təminat verir. Biz yerli biznesin tələblərini, qanunvericiliyi və onu tənzimləyən qaydaları yaxşı dərk edirik. Biz ölçüsündən və ya aramızdakı məsafədən asılı olmayaraq hər cür biznes üçün ən yaxşı həllər təklif edən İKT ekspertləriyik.

Xidmət sahəsindən və ya göstərdiyimiz xidmət növündən asılı olmayaraq, hesab edirik ki, göstərə biləcəyimiz ən mühüm xidmət mükəmməl xidmətdir!

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek