Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

25.11.2015 10:03

“Cisco” şirkəti Bakıda keçiriləcək “Bakutel – 2015” sərgisində iştirak edəcək

“Cisco” şirkəti 2-5 dekabr tarixlərində Azərbaycanda keçiriləcək “Bakutel–2015” beynəlxalq sərgi-konfransında iştirak edəcək.

“Bakutel-2015” tədbirində “Cisco”-nun Rusiya/MDB ölkələrində iş üzrə vitse-prezidenti Conatan Sparrou və (virtual olaraq) şirkətin vitse-prezidenti, informasiya təhlükəsizliyi üzrə baş direktoru Con Styuart iştirak edəcəklər. Con Styuartın virtual iştirakı ilə sessiya 2 dekabr tarixində “Cisco” şirkətinin “Cisco TelePresence” immersiv iştirak sisteminin yardımilə təşkil olunacaq. Həmin sessiyanın iştirakçıları cari kibertəhlükələrin xüsusiyyətlərini, kibercinayətkarlara qarşı əks tədbir vasitələrini və Azərbaycanda informasiyanın qorunması sahəsindəki son durumu müzakirə edəcəklər.

Sərgi zonasında “Cisco”-nun iqtisadiyyat və biznesin rəqəmləşdirilməsi prosesinin sürətləndirilməsinə yardım edən müxtəlif həlləri nümayiş olunacaq. Sözügedən həllər şəbəkə bağlantılarını təkmilləşdirir, əməliyyat fəaliyyətinin məhsuldarlığını və informasiya təhlükəsizliyini artırır. “Cisco”-nun stendində müvafiq interaktiv demozona da yaradılacaq. Həmin zonada mövcud təhlükələr və “Cisco” şirkətinin informasiya təhlükəsizliyi ilə bağlı insidentlərin aşkarlanması və onların qarşısının adaptiv şəkildə alınması üçün nəzərdə tutulan müvafiq texnologiyalar nümayiş olunacaq.

“Cisco”-nun birgə iş üçün hazırladığı həllərinə isə ayrıca diqqət veriləcək. Xüsusən, MX700 seriyalı ikiekranlı “Cisco TelePresence” sistemləri nümayiş olunacaq. Bu sistemlər tam fiziki iştirak effektini təmin etməklə virtual “üzbəüz” görüş rejimində videobağlantı yaratmağa imkan verir.

Bundan əlavə, “Bakutel”in ziyarətçiləri “Cisco IT Battle” (www.it-battle.com) adlı beynəlxalq müsabiqə çərçivəsində özlərinin şəbəkə texnologiyaları sahəsindəki bilik və bacarıqlarını da yoxlaya biləcəklər. Məhz bu məqsədlə “Cisco”-nun stendi müvafiq iş yerləri ilə təchiz olunacaq. 4-5 dekabr tarixlərində isə “AzNet” tədris mərkəzi “Cisco”-nun Azərbaycandakı Akademiyasının təlimatçıları və dinləyiciləri üçün bir sıra tədbirlər təşkil edəcək.

“Cisco şirkəti Bakutel sərgisində dəfələrlə iştirak edib, çünki sahənin inkişafına və ölkədə qabaqcıl texnologiyaların tətbiqinə dəstək olan bu tədbir Azərbaycanın İKT bazarında keçirilən ən mühüm hadisələrdən biri hesab olunur. Bakutel-2015 sərgisi – Cisco texnologiyalarının müştərilərə nəzərəçarpan biznes-nəticələrini necə əldə etməsini nümayiş etdirmək üçün əla imkandır. Bu sərgi-konfransda iştirak etməklə biz nəinki Azərbaycandakı mövqelərimizi möhkəmləndirməyə çalışırıq, həm də milli telekommunikasiya infrastrukturunun inkişafına dəstək göstəririk”, - deyə “Cisco” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Vladimir Orlov qeyd edib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek