Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

25.11.2015 12:54

“Bakcell” şirkəti “Bakutel-2015” sərgisinin kommunikasiya tərəfdaşı oldu

Bu il “Bakcell” şirkəti Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” “Bakutel” sərgisinin kommunikasiya tərəfdaşı qismində çıxış edir. Artıq uzun illərdir ki, sərgi ilə ölkənin ilk mobil rabitə operatoru arasında əməkdaşlıq əlaqələri mövcuddur. “Bakutel” sərgilərində daim fəal iştirak edən “Bakcell” şirkəti uzun müddətdir ki, ziyarətçiləri öz stendlərinin orijinallığı və maraqlı qonaqları, eləcə də müştəriləri üçün sərfəli təklif və xidmətləri ilə həm təəccübləndirir, həm də sevindirir.

“- Biz şadıq ki, “Bakutel” sərgisinin daimi iştirakçısı və ölkənin ilk mobil operatoru indi bu tədbirin həm də kommunikasiya tərəfdaşıdır. Sərginin keçirildiyi illər ərzində bizim yüksək səviyyəli işgüzar münasibətlərimiz yaranmışdır ki bu da öz növbəsində qarşılıqlı faydalı tərəfdaşlıq müqaviləsinin əsasını qoymuşdur. Bundan başqa, razılaşmamızın tərkib hissəsi kimi, 2015-ci ilin noyabr ayından etibarən “Iteca Caspian” şirkətinin bütün əməkdaşları “Bakcell” şirkətinin telekommunikasiya xidmətlərindən istifadə etməyə başlayıblar.” - deyə “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov qeyd edib.

“Bakcell şirkəti ilk sərgidən başlayaraq BakuTel-in daimi iştirakçısı olub. Telekommunikasiya sahəsinin önəmli tədbirlərindən biri olan BakuTel bizə mövcud və gələcək müştərilərimizlə birbaşa əlaqə saxlamaq üçün şərait yaratmaqla yanaşı əməkdaşlıq üçün yeni imkanlar açır”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/11/2019 20/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek