Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2015 13:24

“Bakutel-2015”: Azərbaycanda İT sənayesinin uğurlu inkişafının nümayişi

Bu gün Bakı Ekspo Mərkəzində “Iteca Caspian” və  “Caspian Event Organisers (СЕО) şirkətləri tərəfindən təşkil olunan 21-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel-2015”) sərgisi öz işinə başladı. Son illər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin bu sərgini ziyarət etməsi tədbirin yüksək statusunu bir daha vurğulayır.

Təntənəli açılış mərasimində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti olaraq icra edən edən Ramin Quluzadə Azərbaycanda İT sənayesinin inkişafı üzrə proqramların həyata keçirilməsinin bariz göstəricisi olan “Bakutel-2015” sərgisinin əhəmiyyətini vurğuladı.

Sərgi 21 il ərzində İKT sahəsində əlamətdar hadisə statusunu qazanmaqla yanaşı, bir sıra ölkələri təmsil edən peşəkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün vasitəyə, habelə  yüksək texnologiyaların nümayiş edildiyi platformaya çevrilmişdir. Azərbaycan yüksək iqtisadi inkişafa malik olan ölkələrdən biridir və telekommunikasiya sahəsinin inkişafı da bu prosesdə liderlik edir. Buna görə də sərgi təkcə regionda deyil, həm də bütün dünyada müasir İKT ictimaiyyəti və sənayesinin mühüm tapşırıqlarını müəyyənləşdirir və kosmik sənayenin yaradılması, orbital seqmentin formalaşdırılması da bunu bir daha sübut edir.

Təşkilatçıları adından c-b Edvard Stroon Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sərgi ilə əməkdaşlıq etdiyinə və göstərdiyi dəstəyə görə öz minnətdarlığını ifadə edərək, bu il sərginin dünyanın 21 ölkəsini təmsil edən 203 şirkəti bir arada topladığını və iştirakçıların 15%-nin sərgidə debüt etdiyini bildirdi. Son dörd il ərzində 10 mindən çox insan sərgini ziyarət edib və bu da tədbirin yüksək statusu və inkişaf tempini göstərir.

Ənənəvi olaraq, sərgi yüksək texnologiyalar (“Hi-Tech”) sənayesinin yaxın gələcəkdə necə inkişaf edəcəyini göstərməklə yanaşı, ən yeni sənaye məhsullarını təqdim edir. Sərgidə təqdim olunan 2015-ci ilin əsas təmayülləri sırasında İT sahəsi üzrə yeni nəsil həll variantları, milli genişzolaqlı internet üzrə həll variantı, 4-5G mobil texnologiyalar, fiber-optik texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər, elektron hökumət, “Smart Azerbaijan” layihəsi üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi yer alır. Sərgidə “Azerspace-2” ikinci telekommunikasiya peykini kosmik fəzaya buraxmağa hazırlaşan “Azercosmos” şirkəti kosmik texnologiya üzrə yenilikləri təqdim edir. Bir sıra şirkətlər müxtəlif mobil tətbiqlər (“Azercell”), unikal kabel televiziyası (“Caspian Telecom”), sıfırdan müştəri mərkəzlərinin, eləcə də məlumat bazası üzrə sistemlərin yaradılması (“Avirtel”), istənilən televizoru “SMART” televizora çevirərək onu on günlük arxivlə izləməyə imkan verən “MyvideoSmartBox” avadanlığını (“AG Telekom”) və s. təqdim edir.

Sərgini müşayiət edən işgüzar proqram çərçivəsində iştirakçı şirkətlər Bakı Ekspo Mərkəzində bir sıra seminarlar keçirəcəklər. Sərginin bütün qonaq və ziyarətçilərini işgüzar görüş və danışıqlarla yanaşı, IT texnologiyalarından  istifadə etməklə keçiriləcək sürprizlər, müsabiqələr və viktorinalar gözləyir. Ziyarətçilər üçün əsil hədiyyəni isə sərginin təşkilatçıları – “Iteca Caspian” və “Caspian Event Organisers”  (“CEO”) şirkətləri hazırlayıblar, belə ki, Londonun “Magic Circle” sirkinin tanınmış illüzionisti sadə “iPad” və telefon ilə “Bakutel” sərgisinin bütün ziyarətçiləri üçün bir-birindən maraqlı fokuslar göstərəcək.

Sərgiyə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəyərli dəstək göstərilir. Həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) kimi yerli strukturlar da sərgiyə yaxından dəstək verirlər. İlk dəfə olaraq, “Bakutel-2015” sərgisinin kommunikasiya tərəfdaşı ölkənin ilk mobil operatoru olan “Bakcell” şirkətidir. Sərgi artıq uzun illərdir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi nüfuzlu təşkilatlardan dəstək alır. Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı isə “Bakutel” sərgisinin yüksək standartlara uyğun təşkil edildiyini bir daha təsdiq edir.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek