Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2015 15:56

Vizuallaşdırma üzrə kompleks layihələr

Rüfət Məmmədov, “Polimedia” şirkətinin Azərbaycandakı nümayəndəliyinin Baş direktoru

– Rusiyanın “Polimedia” şirkəti 17 ildir ki informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir və artıq 3 ildir ki, şirkətimiz Azərbaycanda öz nümayəndəliyini açıb.

Biz informasiyanın peşəkar vizuallaşdırılması ilə fəaliyyətə başlamışıq. Bu, mürəkkəb vizuallaşdırma tapşırıqları üçün nəzərdə tutulmuş peşəkar displey sistemidir. Bura dispetçer-komanda və situativ məntəqələrdə çoxsaylı informasiyaları, sxem və mimik diaqramları, eləcə də video-şəkil və video-konfransları ekrana çıxarmaq üçün istifadə olunan vizuallaşdırma sistemləri daxildir.

Hazırda şirkətimiz elə bir mərhələdədir ki, sifarişçiyə vizuallaşdırma sahəsi üzrə kompleks layihə təklif etmək üçün aparat detalları ilə yanaşı, kontentin formalaşdırılması məqsədi ilə xüsusi proqram təminatına da ehtiyacın olduğunu yaxşı başa düşür. Şirkətimizdə öz analitik platformamızı işləyib hazırlamaq üçün “Visiology” adlı xüsusi komanda yaradılıb. Bu platforma mövcud informasiya və kommunikasiya sistemlərindən müxtəlif məlumatları, eləcə də sifarişçinin nəzarət etmək istədiyi sistem üçün əlavə məlumatları toplamağa, bu məlumatları xüsusi saxlanc yerində cəmləşdirməyə və kənardan cəlb edilmiş və ya ştatda çalışan ekspertlərin köməyi ilə (idarəetmə ilə bağlı düzgün qərarlar qəbul etmək üçün rəhbərliyin əsaslanacağı) müəyyən proqnozlar verməyə imkan yaradır.

Biz Azərbaycanda artıq çoxdan bəri fəalliyyət göstəririk və şirkətimizdə bir sıra tibb müəssisələri və Azərbaycanda təşkil ediləcək idman tədbirləri üçün bir çox maraqlı layihə var.

Biz “Bakutel” sərgisində iştirakı faydalı hesab edirik. Sərginin keçirildiyi ilk saatlardan etibarən, ekran sisteminin təşkili üzrə xüsusiyyətləri, böyük video-divarlar və digər məlumatlarla maraqlanan ziyarətçilər bizə yaxınlaşırlar. Bu sərgi şirkətimizin fəaliyyət profilinə uyğun olan yeganə regional tədbirdir və biz gələn il də bu sərgidə iştirak etməyi planlaşdırırıq.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  13/10/2019 14/10/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek