Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2015 16:24

“Bakutel” sərgisi – fəaliyyətimizin mühüm mərhələsi

Elçin Əliyev, “SİNAM” şirkətinin prezidenti

– “SİNAM” şirkəti elektron hökumət üzrə bir sıra təkmilləşdirilmiş həll variantlarını, xüsusilə də “Enterprise Resours Planning” sistemini təklif edir. Bu, dövlət müəssisələri üçün maliyyə və mühasibat uçotu üzrə “bulud” sistemidir və artıq bu sistemə 100-dən çox nazirlik, müəssisə və agentlik qoşulub. Yaxın gələcəkdə büdcə sektorunu təmsil edən təxminən 300 təşkilat da bu sistemə qoşulacaq. Burada söhbət praktiki olaraq dövlətin maliyyə məsələlərinin şəffaflığından gedir.

Biz “Bakutel-2015” sərgisi üçün ölkə büdcəsinin idarə edilməsi və maliyyələşdirilməsi üzrə kompleks paket hazırlamışıq. Biz Azərbaycanda artıq qismən istifadə olunan bu sistem vasitəsi ilə Qırğızıstan, Türkmənistan, Türkiyə və İran kimi digər ölkələrin bazarlarına çıxırıq. Biz sərgidə həmçinin “GoMap” portalının yenilənmiş versiyasını təqdim edirik. Məlumat üçün qeyd edə bilərəm ki, biz hazırda bu layihəni region miqyasında genişləndirmək istiqamətində ciddi addım atmışıq. Əgər biz əvvəlki sərgidə bu layihəyə Gürcüstanın qoşulacağı elan etmişdiksə, bu il “GoMap” portalına qoşulacaq yeni ölkə Türkiyə olacaqdır. Biz “GoMap” portalının bütün ad və toponimlərin daha dəqiq, genişmiqyaslı və dürüst şəkildə təqdim edildiyi, istənilən mənada regional “Google” olmasına çalışırıq.

Şirkətimizin sərgidə təqdim etdiyi daha bir mühüm layihə Milli Bankın dövlət ödəmələri portalının təkmilləşdirilməsindən ibarətdir. Mən qürurla deyə bilərəm ki, bu gün “GPP” (“Dövlət Ödəniş Portalı”) sistemi vasitəsi ilə hər gün 100 min nəfərdən artıq insan 2.5-3 milyon manat həcmində kommunal ödənişləri, eləcə də müxtəlif cərimələrin ödənişini həyata keçirir.

Biz “Bakutel” sərgisinin daimi iştirakçısıyıq və sərgi fəaliyyətimizin mühüm mərhələsinə çevrilmişdir. Belə ki, biz sərgi üçün (məhz bu tədbir ərəfəsində işıq üzü görməli olan) yeni məhsul və həll variantlarını hazırlayırıq. Bundan başqa, bu tədbir tərəfdaş, həmkarlar və hətta rəqiblərlə mühüm və dəyərli görüş yeridir və belə görüşlərdən sonra gələcək strategiyalar formalaşdırılır.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek