Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2015 16:56

Biz artıq indidən “Formula 1” Avropa Qran-pri yarışlarına hazırlaşırıq

Nigar Arpadarai, “Baku City Circuit” şirkətinin marketinq və kommunikasiya üzrə rəhbəri

– “Baku City Circuit”  şirkəti 2016-cı ilin iyun ayında Bakı şəhərində keçiriləcək “Formula 1” Avropa Qran-pri yarışlarının rəsmi təşviqatçısıdır. Biz beynəlxalq “Bakutel” sərgisi vasitəsi ilə qarşıdan gələn bu tədbir barədə geniş auditoriyanı məlumatlandırmaq istəyirik.

Belə ki, tezliklə bu yarışlarla bağlı tamaşaçı yerləri üçün biletlər satışa çıxarılacaq. Paytaxtımızın mərkəzində keçiriləcək bu yarış Azərbaycan Hökumət Evinin qarşısında start götürəcək və orada da başa çatacaq. 6 km uzunluğu olan yarış trasına İçərişəhərin ətrafı, Neftçilər prospekti və digər mərkəzi küçələr daxildir. Avtomobillərin 340 km saat sürətlə şütüyə biləcəyi bu trassanın şəhər yolları arasında ən sürətli yol olması gözlənilir.

Yarışlarda ən güclü “Formul 1” komandalarının iştirakı, eləcə də Niko Rosberq, Luis Hamilton və digər bu kimi tanınmış yarış pilotlarının gəlişi gözlənilir.

Biz “Bakutel” kimi nüfuzlu forum sayəsində “Formul 1” azarkeşlərinin və gənc nəslin diqqətini bir neçə ay əvvəlcədən bu tədbirə yönəldirik.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek