Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2015 17:27

Müasir dövrün qabaqcıl texniki məhsulları

Fərhad Rzayev, “Huawei Tech.Azerbaijan LLC” şirkətinin marketinq üzrə meneceri

– Dinamik şəkildə inkişaf edən “Huawei” şirkəti bu il “Bakutel” sərgisində müştərilər və korporativ seqmentlər üçün bir sıra yeniliklər təklif edir. Bizim stenddə tezliklə satışa çıxarılacaq ən yeni mobil telefon modelləri ilə tanış olmaq mümkündür. Bu baxımdan, mən şirkətin ən son nailiyyətlərini özündə əks etdirən və bazarda lider olan bir sıra brendlərin məhsullarından nəinki geri qalmayan, hətta bir çox xüsusiyyətlərinə görə onları üstələyən qabaqcıl smartfon “Huawei Mate S” modelini qeyd edə bilərəm. Korporativ seqment telekommunikasiya avadanlıqları, serverlər, prosessorlar və digər məhsullarla təmsil olunur.

Biz bu gün Azərbaycanda “Huawei” brendi barədə maariflənməni artırmaq niyyətindəyik. “Bakutel” sərgisi şirkətimizin güclü tərəfini nümayiş etdirməyə, bir sıra məhsullarımızın üstünlüyü ilə istehlakçıları təəccübləndirməyə imkan verir. Əgər bu sıraya münasib qiymət siyasətini də əlavə etsək, onda biz qiymət-keyfiyyət nisbəti baxımından telekommunikasiya bazarında rəqib tanımırıq.

“Bakutel” sərgisi sənaye iştirakçılarına öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməkdə kömək edir və şirkətlərin həm danışıqlar, həm də təcrübə mübadiləsi apardığı və yeni işgüzar əlaqələr qurduğu platforma funksiyasını yerinə yetirir. Həmçinin, sərgi ziyarətçilərin daha çox məhsulla tanış olmalarına imkan yaradır.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  23/07/2019 24/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek