Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2015 12:43

“TD LTE Advanced” – 4-cü nəsil qabaqcıl texnologiya

Emin Quliyev, “Azqtel” şirkətinin marketinq üzrə meneceri

– “Sazz” yeni, lakin Azərbaycanda kifayət qədər tanınan şirkətdir. Biz bu sərgidə 2011-ci ildən bəri iştirak edirik və “Azqtel” şirkəti məhz “Bakutel” sərgisində ilk dəfə yeni “Sazz” brendinin yaradılmasını və “Wimax” texnologiyası üzrə simsiz internet xidmətini elan edib. Məlum olduğu kimi, biz Azərbaycanda bu texnologiya əsasında fəaliyyət göstərən yeganə şirkət olmaqla yanaşı, nəhəng “4G” internet provayderlərindən biriyik.

Ötənilki sərgidən sonra biz bir il ərzində “Wimax” sistemindən üstün olan “LTE” texnologiyasını fəal şəkildə sınaqdan keçirirdik. İKT sənayesi çox dinamik surətdə inkişaf edir və bu gün saniyədə 1 giqabitə qədər sürətlə məlumat ötürə bilən, “Bakutel-2015” sərgisində təqdim etdiyimiz “TD LTE Advanced” kimi daha qabaqcıl 4-cü nəsil texnologiyalar meydana çıxıb. Bu texnologiya hazırda sınaq mərhələsindədir və onun tətbiqi istiqamətində danışıqlar aparılır.

Sərginin birinci iş günündən etibarən yeni texnologiyaya göstərilən maraq bizi sevindirir. Biz hazırda yekun istifadəçilərimizin “Wimax” sistemindən “TD LTE Advanced” texnologiyasına keçidi üzrə yeni marketinq planları hazırlayırıq. Burada həm birbaşa, həm də cüzi məbləğli simvolik ödəniş əsasında keçid mümkündür. Biz müştərilərimizə ən yaxşı və ən müasir xidmət növlərini təklif etməyə çalışırıq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek