Baş xəbərlər03.12.2015 13:34 “Azercell” şirkətindən saysız-hesabsız sürprizlər
Nigar Şıxlinskaya, “Azercell” şirkətində korporativ əlaqələr şöbəsinin rəhbəri – “Azercell ilə həyat daha gözəldir!” – bu, şirkətimizin strategiyasını əks etdirən şüardır. “Azercell” şirkəti bu strategiyaya riayət edərək və rəqabətədavamlı üstünlüklər yaradaraq hazırkı sərgidə bir sıra ən müasir texnoloji həll variantlarını təqdim edir. Satış mərkəzlərinin bu yeni konsepsiyası ziyarətçilərə məhsul və layihələrlə rahat şəkildə tanış olmağa, eləcə də innovativ həll variantları və rəqəmsal xidmətləri asanlıqla sınaqdan keçirməyə imkan verir. Ziyarətçilər bizim stenddə müxtəlif yenilikləri şəxsən sınaqdan keçirir və 4-cü nəsil (“4G”) “LTE” texnologiyalarından istifadə etməklə, sürətli internet sahəsində yeni texnologiyaları öyrənirlər. Bu texnologiyalar mobil internetin sürətini əhəmiyyətli dərəcədə (300 Mb-ə qədər) artırmağa imkan verir. Növbəti yenilik “WiFi” şəbəkəsinə əsaslanan səsli xidmətlə bağlıdır. Siz həmçinin şirkətimizin stendində əhalinin telekommunikasiya tələbatlarına cavab verən ən son smartfonlar və bir sıra digər məhsullarla da tanış olacaqsınız. “GencOL” müştəri loyallığı proqramı çərçivəsində xeyli sayda mağaza, restoran, kinoteatr, ticarət və digər əyləncə mərkəzlərində göstərilən xidmətlər üzrə endirimlərdən faydalanmaq mümkündür. Kitabsevərləri isə “Yeni xidmətlər” bölməsində xüsusi sürpriz gözləyir. Bu günlərdə “Azercell” şirkəti tərəfindən təqdim edilmiş “Bookmate” mobil tətbiq vasitəsi ilə müxtəlif ədəbiyyat nümunələrini mobil telefona, planşetə və ya kompyuterə yükləyib oxumaq üçün unikal imkan yaranıb. Biz şirkətin müxtəlif maarifləndirici kursların keçirilməsi məqsədi ilə hazırladığı xüsusi treninq otaqları vasitəsi ilə sərginin bütün ziyarətçilərinə öz dünyagörüşlərini və peşəkar bacarıqlarını artırmağı təklif edirik. Burada informasiya texnologiyaları, “start-ap” proqramlar, təqdimat bacarıqları və digər mövzular üzrə treninqlər keçirilir və bu treninqlərdə sərginin hər bir ziyarətçisi iştirak edə bilər.
bütün xəbərlər
|