Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2015 13:51

Biz “Bakutel” sərgisində iştirakdan tam razıyıq!

Maksim Şarapov, “TVIP” şirkətinin kommersiya direktoru

– Rusiyanın “TVIP” şirkəti “IPTV” və “OTT” provayderləri üçün proqram təminatının işlənib hazırlanması və avadanlıqların istehsalı sahəsində ixtisaslaşmışdır. Şirkətin əsas məhsul xəttinə “Linux” / “Android” operativ sistemləri əsasında işləyən yüksək rentabelli “IPTV” / “OTT” media mərkəzləri, “MPEG2”, “MPEG4” və “H.264” transkoder və enkoderləri, “IPTV” / “OTT” provayderləri üçün “Middleware” və “CAS” sistemləri daxildir.

Biz ikinci ildir ki, “Bakutel” sərgisində iştirak edirik və bu iştirakın nəticələrindən çox razıyıq. Azərbaycanda tərəfdaşlarımız arasında bizim avadanlıqlardan istifadə edən aparıcı rabitə operatorları yer alır. Biz bu nəticələrə ötənilki sərgi ilə bu sərgiyə qədər keçən müddət ərzində nail ola bilmişik. Belə ki, rabitə operatorları ilə əməkdaşlığımız danışıqlar mərhələsindən avadanlıqların təmin edilməsi mərhələsinə qədər inkişaf etmişdir.

Biz “Bakutel-2015” sərgisində yeni, daha müasir və yüksək texnologiyalı avadanlıq modellərini təqdim edir və burada məhsullarımızla maraqlanan yeni şəxslər tapmaq, eləcə də əməkdaşlığımızı və satış bazarını genişləndirmək istəyirik. Biz bazardakı tendensiyaları yaxından izləyərək təklif etdiyimiz məhsulların keyfiyyətini yaxşılaşdırmağa çalışırıq.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  17/07/2019 18/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek