Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

19.07.2013 11:37

Azərbaycan və Koreya İKT sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edir

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-İn və «KT» şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əvvəlcə Koreya şirkətinin İKT sahəsində həyata keçirdiyi müxtəlif layihələrin təqdimatı keçirilib.

 

Təqdimatdan sonra rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə son illər Azərbaycanda uğurla həyata keçirilən layihələr haqda məlumat verərək, hazırda bu sahənin növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Ölkə başçısının hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi ilə bağlı müəyyən etdiyi hədəflərdən də danışan nazir müavini bu istiqamətdə «Azərbaycanda milli genişzolaqlı internetin inkişafı Layihəsi»nin hazırlandığını qeyd edib. «Layihə çərçivəsində «Hər evə optika» prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur. Layihənin icrası nəticəsində Bakı şəhərində əhalinin ən azı 100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində isə ən azı 30 Mbit/saniyə sürətli genişzolaqlı internetlə təmin ediləcək», - deyə E.Vəlizadə bildirib.

 

İKT sahəsində digər layihələrə də toxunan nazir müavini hər layihənin icrası zamanı beynəlxalq təcrübənin əsas götürüldüyünü, bu baxımdan Koreyanın qabaqcıl təcrübəsinin də əhəmiyyətli rol oynaya biləcəyini söyləyib.

 

İkitərəfli münasibətlərin uğurlu inkişafından danışan səfir Ç.Suk-İn də Azərbaycanla Koreya arasında əksər istiqamətlərdə, o cümlədən İKT sahəsi üzrə davamlı əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.

 

Görüşdə Koreya tərəfindən təqdim olunan təkliflərin qiymətləndiriləcəyi, eyni zamanda Azərbaycanda icra edilən müxtəlif istiqamətli layihələrdə Koreyanın zəngin təcrübəsindən istifadənin mümkünlüyü də vurğulanıb.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/11/2019 20/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek