Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2015 16:40

Bakıda “IE Venture Days” biznes konfransı və startap müsabiqəsi keçirilir

 

Bu gün Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Yüksək Texnologiyalar Parkı tərəfindən “IE Venture Days” biznes konfransı və beynəlxalq startap müsabiqəsinin finalı keçirilir.

 

Tədbir çərçivəsində “UBER” şirkətinin MDB ölkələri üzrə direktoru Aleksey Stax “UBER”- uğur hekayəsi”,  Şərqi və Mərkəzi Avropada fəal investorlardan biri olan Maks Qurvits “Startapa necə başlamaq?!”, “Products & Startups for Code for America” şirkətinin direktoru Leyn Beker “Mobil və veb texnologiyaların inkişafı - Silikon Vadisindən baxış” mövzusunda məruzə və təqdimatlarla çıxış ediblər.

 

Tədbirin gedişatında Amerika Ticarət Palatası, “Facebook”, “Microsoft” kimi təsisatların nümayəndələrinin çıxışları nəzərdə tutulub.

 

Biznes-konfrans çərçivəsində Azərbaycanın İKT-də Qadınlar Klubu -  “Femmes Digitales” ayrıca panel müzakirələr təşkil edib. Bu müzakirələrdə Azərbaycandan, Ukraynadan və Estoniyadan olan işgüzar xanımlar İKT sahəsində qadınların rolu və uğurlu biznes layihələri haqda bəhs ediblər.

 

Qeyd edək ki, biznes konfransla yanaşı, “IE Venture Day Baku” müsabiqəsi də keçirilir və 12 ən güclü startap komandası əsas mükafatlar uğrunda mübarizə aparırlar.

 

Finala çıxan komandaların beşi Azərbaycanı təmsil edir. Bunlar “Offerbee”, “Cready”, “Appol”, “Noob”, “Healthbook” komandalarıdır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek