Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2015 16:43

İxtisaslaşdırılmış “IBS” sistemlərinin effekti

Alpay Özçeviz, “Komtel” şirkətinin Azərbaycan üzrə regional meneceri

– “Komtel” şirkəti dördüncü dəfədir ki, “Bakutel” sərgisində iştirak edir. Burada sənaye peşəkarları bir araya gəlirlər və biz İT sahəsinin ən son yeniliklərini öyrənir, həmkarlar və tərəfdaşlarla  görüşürərək nailiyyətlərimizi nümayiş etdiririk.

İKT sahəsi kifayət qədər çoxşaxəlidir və geniş əhatə dairəsinə malikdir. Bizim şirkət binalar daxilində mobil rabitə operatorunun şəbəkə siqnalının genişləndirilməsi və yayılması üçün istifadə olunan “IBS” (“In Building Systems”) sistemləri üzrə ixtisaslaşır.

Biz Azərbaycanın şəbəkə rabitəsi operatorlarının hamısı ilə fəal surətdə əməkdaşlıq edirik. Bizim şirkətin “DAS” (paylaşdırılmış antena sistemləri) sistemləri bu gün Bakı şəhəri və bir sıra regionlarda bir çox binalarda istifadə olunur. Onların arasında məşhur “Fairmont”, “JW Marriott Absheron” və “Jumeirah Beach Bilgah” otelləri, Olimpiya stadionu, “Crystal Hall” konsert zalı və s. bu kimi iri idman obyektləri, “Port Baku”, “Metro Park” və s. bu kimi ticarət-əyləncə mərkəzləri, tibbi klinikalar, biznes mərkəzləri, Heydər Əliyev adına Hava Limanının yeni binası, Qəbələdə “Qafqaz” otellər şəbəkəsi və bir sıra digər obyektlər var. Mən fəxrlə deyə bilərəm ki, biz bütün bu layihələri Azərbaycanda fəaliyyət göstərdiyimiz dörd il ərzində həyata keçirməyə müvəffəq olmuşuq.

Adətən, sərgi ziyarətçiləri iki böyük qrupa bölünür – peşəkar və sıravi ziyarətçilər. Bizim müştərilərimiz, əgər belə demək olarsa, peşəkarlardır, çünki bizim son məhsulumuz artıq həyata keçirilmə mərhələsində olan layihələrlə birbaşa əlaqəlidir.

Artıq stendimizi xeyli sayda qonaq ziyarət edib və biz stendimizin bütün qonaqları ilə ünsiyyət qurmağa həmişə şadıq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek