Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2015 11:32

İT sənayesinin mütəxəssisləri üçün kurs, sınaq və treninqlər

Vüsal Şahbazov, “Keytorc” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri

– “Keytorc” (Türkiyə) şirkətinin Azərbaycandakı nümayəndəliyi 2014-cü ildən fəaliyyət göstərir. Biz “Software Testing Services” proqramı əsasında proqram təminatının sınağı və keyfiyyət baxımından yoxlanılması üzrə “autsorsinq” xidmətlərini, sınaqların avtomatlaşdırılmasını, eləcə də “AST Cobe” standartlarına uyğun olaraq akkreditasiyadan keçmiş kurslar təşkil edirik. Bundan başqa,  biz İT sənayesinin mütəxəssisləri üçün “Test Baku” adlı sınaq və treninqlər də keçiririk. Növbəti belə tədbir dekabr ayının 8-də “Park INN” otelində təşkil olunacaq. “Software Testing Trends and Insides” adlanan bu tədbir “Cybernet”, “Bank of  Baku” və “Keytorc” şirkətlərinin mütəxəssisləri tərəfindən panel müşavirəsi formatında keçiriləcəkdir.

Şirkətimizin Azərbaycan, Türkiyə, Avropa ölkələri və Amerikadakı müştəriləri arasında iri banklar, sığorta və İT şirkətləri yer alır. Bu şirkətlərlə qurulan əməkdaşlığın əsas məqsədi onların istifadə etdikləri proqram təminatının sınaqdan keçirilməsi və keyfiyyətinin yoxlanılmasından ibarətdir. Buna görə də, bizim stend sərgi ziyarətçilərinin marağına səbəb olur.

Biz “Bakutel” sərgisində debüt edirik və burada şirkətin imkanlarını nümayiş etdirir və bazarın təmayüllərini öyrənməklə yanaşı, həm yerli bazar, həm də şirkətimizin bu bazardakı yeri haqqında rəy formalaşdırırıq. Şübhəsiz ki, Xəzəryanı regionun ən böyük İT forumunda iştirak etmək bizim üçün çox vacibdir! Biz sərginin ötən iki iş günü ərzində iri yerli şirkətlərlə görüş keçirərək mümkün əməkdaşlıq yollarını müzakirə etmişik.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  23/07/2019 24/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek