Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2015 12:39

“Nar” korporativ “Cloud” (“Bulud”) xidmətlərini təqdim edir

Əziz Axundov, “Azerfon” şirkətində (“Nar” ticarət nişanı) İctimaiyyətlə əlaqələr üzrə menecer

– Ənənəvi olaraq, “Nar” mobil operatoru sərgidə özünün ən son yeniliklərini - bütün məlumatları vahid bir mərkəzdə təhlükəsiz şəkildə saxlamağa imkan verən “Cloud” (“Bulud”) innovativ məlumat bazası və yüksək sürətli (“4G” (“LTE”)) interneti təqdim edir. Qeyd etmək lazımdır ki, ölkədəki heç bir mobil operator daha geniş “4G” (“LTE”) və “3G” (“HSDP+”) şəbəkəsinə malik deyil.

“Cloud” (“Bulud”) sistemi “Nar” mobil operatorunun yeni xidmətidir və bütün məlumatları vahid bir mərkəzdə təhlükəsiz şəkildə saxlamağa imkan verir. Bu xidmət dayanıqlı və fasiləsiz rabitəni təmin etməklə yanaşı, bütün prosesləri nəzarət altında saxlamağa və informasiya texnologiyalarına xərclənən maddi vəsaitə qənaət etməyə imkan yaradacaq. İnnovativ verilənlər (məlumat) bazasına müxtəlif yerlərdən və müxtəlif avadanlıqların köməyi ilə qoşulmaq mümkündür. Beləliklə, verilənlər (məlumat) bazasına giriş hüququ əldə edən bütün avadanlıq və mənbələr eyni bir fayl üzərində işləyə biləcək.

Qeyd edək ki, “Cloud” (“Bulud”) sistemi elektron poçt, ofis proqramları və məlumatların təhlükəsiz şəkildə saxlanması kimi xidmətləri, eləcə də məlumatlardan birgə istifadə imkanlarını təqdim edir.

Şirkət cəmi iki il ərzində bu şəbəkəni 2 dəfədən də çox genişləndirməyə müvəffəq olmuşdur. Bu gün “LTE” abonentlərinin sayı 10 min nəfərdən çoxdur. Gələn il isə “Nar” şirkəti “LTE” şəbəkəsini 1000 baza stansiyasına qədər genişləndirməyi və dünyada ən sürətli simsiz internet əlaqəsi sayılan “LTE Advanced” (“LTE-A”) texnologiyasının tətbiqini planlaşdırır.

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek