Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2015 13:54

Proqram təminatı üzrə ən yaxşı təkliflər

Samir Abdullayev,Ultra Technologies” şirkətinin aparıcı mütəxəssisi

– Ənənəvi olaraq, biz bu il də stendimizdə bilavasitə şirkətimizin mütəxəssisləri tərəfindən hazırlanmış həll variantlarını təqdim edirik. Bu proqram təminatları yerli şirkət, müəssisə və digər təşkilatlar tərəfindən sənayedə uğurla tətbiq edilir.

İlk növbədə, təhsilin idarə edilməsi üzrə “eduman” proqram təminatını qeyd edə bilərik. Bu sistemlər ölkənin bir sıra iri ali təhsil müəssisəsində quraşdırılıb və istismar olunur. Bu gün Azərbaycan Respublikası Sənaye və İqtisadiyyat Nazirliyi, ölkənin digər təşkilatlarının struktur vahidləri, qabaqcıl təhsil müəssisələri tərəfindən istifadə edilən elektron sənəd dövriyyəsi üzrə “DocNet” proqram təminatı da böyük marağa səbəb olub. Bu sistem kargüzarlıq üzrə bütün tələblərə tam cavab verməklə yanaşı, dil, şrift, elektron rəqəmsal imza və digər xüsusiyyətləri dəstəkləyir.

Şirkətin daha bir məhsulu isə hazırda yerli istehsal bazarı üçün ən münasib olan, daha müasir təfəkkür və dil xüsusiyyətlərini nəzərə alan və ən son texnologiyalara əsaslanan, habelə beynəlxalq standartlara cavab verən “Alisa” vahid mərkəzləşdirilmiş kitabxana sistemidir.

Mühüm məhsullar və mobil tətbiqlər üzrə səriştəmiz və tanınmış veb-saytların yaradılması baxımından zəngin təcrübəmiz növbəti “Bakutel” sərgisində şirkətimizi perspektivli peşəkarlardan ibarət komanda kimi tanıtmağa imkan verir. Sərgidə iştirak edən dünya bazarının nəhəng iştirakçıları məhz belə şirkətlərlə əməkdaşlıq yollarını axtarır, öz məhsul və yeni maraqlı həll variantlarını təbliğ etmək üçün işgüzar əlaqələr qurmaq istəyirlər.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek