Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2015 14:25

“OSS” / “BSS” sistemlərinin işlənib hazırlanması, tətbiqi və bu sistemlərə texniki xidmət göstərilməsi

Maksim Anaşkin, “Peter Service” şirkətinin meneceri

– “Peter-Service” QSC 1992-ci ildə Sankt-Peterburq şəhərində təsis edilib və Rusiya Federasiyasında “billinq” (avtomatlaşdırılmış hesablaşma) sistemlərinin işlənib hazırlanması üzrə yeganə şirkət kimi, 20 ildən artıq təcrübəyə malikdir. Bu gün şirkət telekommunikasiya biznesi üzrə həll variantları bazarında liderdir və “OSS” / “BSS” sistemlərinin işlənib hazırlanması, tətbiqi və bu sistemlərə texniki xidmət göstərilməsi ilə məşğuldur. Şirkət 50-dən artıq rabitə operatorunun istifadə etdiyi 120-dən çox layihə həyata keçirib.

“Peter-Service” şirkətinin məhsul xətti iri rabitə operatorlarının kompleks infrastrukturlarının yaradılması və təkmilləşdirilməsinə istiqamətlənib. Şirkətin məhsul silsiləsi telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə məqsədli biznes proseslərini dəstəkləməyə imkan verəcək şəkildə formalaşdırılmaqla yanaşı, daxili və xarici inteqrasiya sistemlərini, istehlakçı davranışı barədə mühüm məlumat mənbələrini və müxtəlif biznes tətbiqlərinin funksionallığı və qarşılıqlı fəaliyyətinin unifikasiyası üçün platformaları ehtiva edir.

Biz rabitə operatorlarına abonent və tərəfdaşlarla qarşılıqlı əlaqənin səmərəli şəkildə idarə olunması üçün həll variantları və məhsulların geniş çeşidini təklif edirik. “Peter-Service” şirkətinin əməliyyat dəstəyi sisteminə rabitə operatorları tərəfindən daxili biznes proseslərinin, habelə şəbəkə və şəbəkə avadanlıqlarını idarəetmə proseslərinin avtomatlaşdırılması məqsədi ilə istifadə edilən məhsullar daxildir.

Biz “Bakutel” sərgisində debüt edirik və ümidvarıq ki, Azərbaycanda özümüzə yeni tərəfdaşlar tapacaq və əməkdaşlığımızın üfüqlərini daha da genişləndirəcəyik.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek