Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2015 16:03

“Smart” şirkətindən ən yaxşı təkliflərin səciyyəvi xüsusiyyətləri

Fərid Əliyev, “Smart Systems Technology” şirkətində regional inkişaf şöbəsinin rəhbəri

– Bu sərgi “Smart Systems Technology” şirkətinin mütəxəssisləri tərəfindən beynəlxalq səviyyədə hazırlanmış bir sıra məhsulları ziyarətçilərə təqdim etməyimizə imkan yaradıb. Bu məhsullar arasında maliyyə sisteminin kompleks şəkildə avtomatlaşdırılması, müasir bank texnologiyaları üzrə təhsil və treninqlərin təşkili, eləcə də konsaltinq, informasiya xidmətləri, internet təminatı və s. yer alır.

Şirkətimiz müəssisə, bank və maliyyə strukturlarına onların fəaliyyətlərinin avtomatlaşdırılması üçün mürəkkəb proqram komplekslərinin yaradılması, habelə “VoIP” və video-müşahidə sistemlərinin layihələndirilməsi və quraşdırılması, sistem inteqrasiyası, kommunikasiya avadanlıqlarının satışı və quraşdırılması, eləcə də genişzolaqlı provayder və “ADSL” üzrə xidmətlər göstərir. Şirkətin “onlayn” / internet xidmətləri istər sadə vətəndaş, istərsə də iri korporativ müştərilərimiz olan otel, bank, müəssisə və digər təşkilatlardan ibarət 15 min abonentin tələblərini təmin edir.

Şirkətin fəaliyyəti arasında “SmartSoft” sistemi üzrə ən mühüm istiqamətlərdən birini qeyd etmək lazımdır. Bu layihəyə “Smart-Bank”, “Smart-Finans”, “Smart-Credit”, “Smart-Leasing”, “Smart-Insurance”, “Smart-HR”, “Smart-Hotel”, “Smart-Salary” və “Smart-Stock” proqramları daxildir. Qeyd etməliyəm ki, bütün proqram modulları şirkətimizin mütəxəssisləri tərəfindən hazırlanıb və yüksək keyfiyyətli milli məhsul qismində təqdim olunur. Məsələn, bank proqramı müştərilərin maksimal rahatlığı və texniki komfortu üçün nəzərdə tutulub.

Nəhəng bir holdinqin sözügedən proqramların vahid bazasından istifadə edə bilməsi mühüm əhəmiyyət kəsb edir. Bu səciyyəvi xüsusiyyət isə çoxfunksiyalı təşkilatları təmsil edən müştərilərin istəyinə uyğundur.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek