Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.08.2013 17:38

Dünya Bankı Azərbaycanın regional İKT mərkəzinə çevrilməsini istəyir

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov «Azərbaycanın Diversifikasiya Hesabatı» üzrə əldə edilən nəticələri təqdim etmək məqsədilə Bakıya gələn Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı xanım Mona Prasad və DB-nın Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko ilə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə DB ilə Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərindən danışan nazir ölkədə bazar iqtisadiyyatının qurulması, müasir infrastrukturun yaradılması, maliyyə sektorunun inkişafı sahəsində görülən işlərə Bankın aktiv dəstək verdiyini vurğulayıb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin DB ilə əlaqələrindən, xüsusən Bankın dəstəyi ilə həyata keçirilən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»ndən danışan nazir «Azərpoçt» Dövlət Müəssisəsinin mövcud platformasından istifadə etməklə, Azərbaycanda maliyyə xidmətlərinin inkişafına şəraitin yaradılması, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi, yerli poçt şöbələri vasitəsilə müştərilərə geniş həcmli xidmətlərin təklifi üzərində işlərin uğurla həyata keçirildiyini, DB ilə qurulan əməkdaşlığın növbəti illərdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

 

M.Prasad qeyd edib ki, görüşün məqsədi «Azərbaycanın Diversifikasiya Hesabatı» üzrə müəyyən edilən məsələlər və gəlinən qənaətlərin müzakirəsi əsasında məsləhət və şərhlərin öyrənilməsi, fikir mübadiləsinin aparılmasıdır. Baş iqtisadçı ötən 10 il ərzində Azərbaycanda İKT, telekommunikasiya, internet, peyk sənayesinin qurulması və s. istiqamətlərdə səmərəli işlərin həyata keçirildiyini, bu sahədə qazanılan uğurların isə yalnız Azərbaycanın deyil, dolayısı ilə region ölkələrinin iqtisadiyyatına da töhfə verdiyini vurğulayıb. «İKT sahəsində aparılan diversifikasiya ümumi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox doğru addım kimi qiymətləndirilir. DB yeni yanaşma olaraq, fiziki kapital, insan kapitalı və dövlət təsisatlarının islahatları kimi  3 istiqamət üzrə diversifikasiyanın tərəfdarıdır. Məhz bu istiqamətlər ölkələrin iqtisadiyyatının davamlılığını təmin edəcək amillər kimi qiymətləndirilir», - deyə Bank rəsmisi vurğulayıb.

 

M.Prasad DB-nin «Azərbaycan üçün diversifikasiya və artım sahəsində «neft dövründən sonrakı» seçimlər» təqdimatı üzrə Azərbaycanda İKT sahəsi ilə bağlı tövsiyələrindən də söz açaraq, burada əsasən 3 istiqamətə - daxili tələbatın genişləndirilməsi, Azərbaycanın regional İKT mərkəzinə çevrilməsi, tənzimləyici mühitin inkişaf etdirilməsinə önəm verildiyini deyib.

 

Qeyd edək ki, görüşdə səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla hesabat yenidən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndəriləcək və yekun tövsiyələr ölkə hökumətinə təqdim olunacaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  23/07/2019 24/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek