Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.12.2015 15:45

“Bakutel-2015”: yüksək texnologiyalar sənayesinin dünyaca məşhur brendləri

Bu gün Bakı Ekspo Mərkəzində “Iteca Caspian” və  “Caspian Event Organisers” (“СЕО”) şirkətləri tərəfindən təşkil olunan 21-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel-2015”) sərgisinin sonuncu iş günüdür. Son illər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin bu sərgini ziyarət etməsi tədbirin yüksək statusunu bir daha vurğulayır.

“Bakutel-2015” sərgisinin iştirakçılarına müraciəti zamanı ölkə başçısı artıq ənənəyə çevrilmiş bu sərgi və konfransın təcrübə mübadiləsi, ən son nailiyyətlərin nümayişi və işgüzar görüşlər baxımından böyük imkanlara malik olduğunu vurğuladı. Həmçinin, sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirakı ilə “Azerkosmos” QSC və Fransanın “Airanespace” şirkəti arasında Azərbaycanın ikinci peykinin orbitə buraxılması haqqında saziş imzalandı.

Xarici iştirakçıların bu tədbirə olan rəğbəti həmişəki kimi artmaqdadır. Ümumilikdə, “Bakutel-2015” sərgi və konfransında dünyanın 21 ölkəsini təmsil edən 203 şirkət iştirak edirdi. Bu il milli pavilyonla çıxış edən ölkələrin sayı artmışdır və bu, tədbir çərçivəsində əhatə olunan sahələrin genişləndiyini əks etdirir. Xarici iş adamları və investorlar yerli bazarı nəzərdən keçirmək, habelə tərəfdaş və dilerlər axtarmaq niyyəti ilə Bakıya gəlirlər. Genişmiqyaslı “Bakutel” forumu həmişə onlar üçün əla vizit vərəqəsi və eyni zamanda, regional İKT bazarı üzrə bələdçi funksiyasını yerinə yetirir. Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasına daxildir və bazarın bütün iştirakçıları bunu təsdiq edirlər. Ölkəmiz “Azerspace-1” və “Azersky” peyklərini orbitə buraxmaqla, qlobal kosmik sənaye ailəsinin üzvünə çevrilmişdir. Azərbaycanın təşəbbüsü ilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” (“TASİM”) və “Avropa-Yaxın Şərq İnformasiya Magistralı” (“EPEG”) layihələri uğurla həyata keçirilir. İstehsal və investisiya üzrə innovativ layihələrə verilən dövlət dəstəyi isə həm ölkədə, həm də regionda yüksək texnologiyalar sektorunun inkişafına xidmət edir.

Sərginin peşəkar cəhətləri baxımından, stendlərin yüksək texniki təchizatını qeyd etmək lazımdır. Əksər ekspozisiyalarda müasir texnologiyalar, dünya İKT bazarının ən yaxşı layihələri və istedadlı proqramçıların perspektivli məhsulları təqdim edilir. Bu cür yüksək innovasiya reytinqi fonunda Azərbaycanlı mütəxəssislər də özlərini yaxşı tanıda bildilər, belə ki, sərgidə bir sıra yerli iştirakçı öz proqram təminatı ilə çıxış edirdi. Bu milli məhsullar dünya standartlarına tam cavab verir.

Ənənəvi olaraq, tədbirin ziyarət olunması üzrə çox yüksək faiz nisbəti sərginin populyarlığı ilə bağlıdır, belə ki, “Bakutel” sərgisi hər il İT sənayesi üzrə dünya brendlərinin nümunələrini nümayiş etdirir. Sənayenin tələbələrdən tutmuş peşəkarlara qədər minlərlə həvəskarı burada bir sıra mühüm suallara cavab tapmış, dialoqlara qoşulmuş, yeni “qacet”ləri sınaqdan keçirmiş və beynəlxalq seminarlarda iştirak etmişlər.

Ziyarətçi marağının və auditoriya simpatiyasının effekti təkcə mühəndislik sahəsi üzrə kəşflər və dizayner ideyalarının hesabına formalaşmır. Bütün sərgi çağdaş nəslin oyun əsaslı, dinamik və intellektual inkişafının rəngarəng formalaşmasını təqdim edir. Viktorinalar, konkurslar və müsabiqələr hamıda, xüsusilə də gənclərdə böyük marağa səbəb olub. Londonun “Magic Circle” sirkinin tanınmış illüzionisti Tom Londonun bir-birindən maraqlı çıxışları isə “Bakutel” sərgisi təşkilatçılarının xoş sürprizinə çevrildi və bu sürpriz bütün sərgi ziyarətçilərinin yaddaşından hələ uzun müddət silinməyəcək.

Sərginin unikallığı həyatımıza daxil olmuş informasiya texnologiyalarının “qacet”, innovasiya və texnoloji parklardan tutmuş “Formula - 1” Avropa Qran Pri oyunlarına, habelə kosmik fəzanın kəşf edilməsinə kimi bir sıra müasir istiqamətlərini uğurla və üzvi şəkildə birləşdirməsindədir. İT sahəsi üzrə yeni nəsil həll variantları, milli genişzolaqlı internetin inkişaf mərhələləri, “4G” – “5G” mobil texnologiyaları, fiber-optik texnologiyalar üzrə xidmətlər və “bulud” texnologiyaları, habelə elektron hökumət, “Smart Azerbaijan” layihəsi üçün yeni texnologiyalar və informasiya təhlükəsizliyi üzrə həll variantları 2015-ci ilin əsas təmayüllərini təqdim edir.

İştirakçı ölkələrin nümayəndələri, alim və mütəxəssislər, eləcə də ictimaiyyətin və işgüzar dairələrinin nümayəndələri arasında keçirilən səmərəli görüşlər, o cümlədən konfransda dinlənilən məruzə və çıxışlar heç şübhəsiz ki beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini vermişdir.

 


bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  25/06/2019 26/06/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek