Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

16.08.2016 16:36

Bakıda HUAWEI-in ən son texnologiyaları nümayiş edilib

HUAWEI Azərbaycan şirkətinin dəstəyi ilə  “Gözəl Azərbaycan” layihəsi çərçivəsində avqustun 15-də Bakıda “Daha möhkəm İpək yolunun qurulması” devizi altında HUAWEI-nin ən son texnologiyalarının nümayiş etdirildiyi sərgi açılıb.

Xeberler.az-ın məlumatına görə,sərgidə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Nazim Cəfərov isə Azərbaycanda İKT, rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və həyata keçirilən layihələrə toxunaraq, ölkəmizin regional və qlobal layihələrin təşəbbüskarı kimi çıxış etdiyini qeyd edib.

Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyasının tətbiqi, nüvə energetikası sahəsində aparılan işlərdən danışan N.Cəfərov bu məqsədlə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradıldığını, eyni zamanda Azərspace, Azersky peyklərinə malik olan ölkəmizdə kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində hazırda növbəti peyk layihələrinin icra edildiyini nəzərə çatdırıb.

Nazirliyin şöbə müdiri Azərbaycanın ikinci telekommunikasiya peyki olan Azerspace-2-nin orbitə çıxarılacağını qeyd edib. O həmçinin bu il XXII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları Bakutel 2016 sərgi və konfransının keçirilməsinin planlaşdırıldığını da bildirib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek