Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.08.2013 17:40

Bakıda kibertəhlükəsizliyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sonunda Bakıda keçirilməsi planlaşdırılan «BakuTel-2013» beynəlxalq sərgi-konfransı çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Dünya azərbaycanlılarının I virtual konfransı təşkil olunacaq.

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirliyin məlumatında deyilir.

 

Məlumatda bildirilir ki, sərgi çərçivəsində həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə «Beynəlxalq kibertəhlükəsizlik» konfransının keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, konfransın ekspertlər iclası və nazirlər toplantısının keçirilməsi planlaşdırılır.

 

Bununla əlaqədar olaraq, ITU-da xüsusi qrup yaradılıb. Hazırda həmin qrup konfransın proqramı və tədbirə dəvətlilərin siyahısının hazırlanması ilə məşğuldur. Sentyabrın əvvəlindən etibarən bu konfransda iştirak edəcək tərəflərə müvafiq dəvətnamələrin təqdim edilməsi nəzərdə tutulur.

 

Konfransın yekununda kibertəhlükəsizlik sahəsində Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur. Bəyannamədə 2014-cü ildə Bakıda Kibertəhlükəsizlik üzrə Sammitin keçirilməsi ilə bağlı tövsiyələr də əks olunacaq. Nəticə etibarı ilə burada BMT çərçivəsində kibertəhlükəsizlik üzrə dünyada ilk və yeganə qətnamənin qəbul ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, «Bakutel-2013» sərgisi dekabrın 2-5-də keçiriləcək.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek