Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.09.2013 15:27

“Bakutel 2013” sərgisi son illər Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətlərin nümayişi üçün unikal meydançaya çevriləcək

2013-cü ilin payız sərgi mövsümü 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” sərgisi ilə başa çatacaq. Azərbaycan Respublikası Prezidenti Zali-aliləri İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan edilib və bununla əlaqədar olaraq, “Bakutel 2013” sərgisi son illər Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətlərin nümayişi üçün unikal meydançaya çevriləcək. Sərgi çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) kimi layihələr, habelə Azərbaycanın kosmik sənayesi təqdim olunacaqdır. Sərgi ekspozisiyası Azərbaycanda İT texnoparkının yaradılması mövsusuna da toxunacaq və bu layihə regionda orta və kiçik biznesin inkişaf baxımından ümid doğurur. Ənənəvi olaraq, sərgidə aparıcı İKT şirkətləri, mobil rabitə və kommunikasiya operatorları, habelə internet provayderləri iştirak edəcəklər. Sərgiyə həmçinin Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən olan şirkətlər də qatılacaqlar. Builki sərginin fərqli cəhəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil olunan milli stendlərin say etibarı ilə daha çox olmasıdır.

Sərgini geniş işgüzar proqram müşayiət edəcək, belə ki, sərgi çərçivəsində kiber təhlükəsizlik mövzusunda konfrans və Dünya azərbaycanlılarının I virtual konfransı, habelə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilati dəstəyi ilə “Azərbaycanda internet: dünən, bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans, TASIM konsorsiumuna daxil olan əsas telekommunikasiya operatorlarının illik forumu, “İnternet regional inkişaf və təşviqatın lokomotivi kimi” mövzusunda internet idarəçiliyi üzrə Azərbaycan Respublikasının birinci beynəlxalq forumu, Azərbaycan Respublikasında dövlət və özəl İKT sektorları arasında əməkdaşlıq üzrə mütəxəssislər mərkəzinin yaradılması ilə əlaqədar tədbir, o cümlədən Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial komissiyanın “Biliklərə əsaslanan iqtisadi inkişaf üzrə SPECA layihəsinin (BMT-nin Mərkəzi Asiya üzrə xüsusi iqtisadiyyat proqramı) işçi qrupu”nun iclası və Azərbaycan-Argentina və Azərbaycan-ABŞ İKT forumları keçiriləcək.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek