Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

13.09.2013 10:16

Azərbaycan "Vikipedia" ensiklopediyasında iştirakını genişləndirəcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) "Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" üzrə bəndlərin icrasını davam etdirir.

Trend-in cümə günü RİTN-nin saytına istinadən verdiyi məlumata görə, Tədbirlər Planında 22-ci bənd üzrə "Azərbaycana dair kontentin və "Vikipedia" ("Wikipedia") kimi qlobal informasiya resurslarında Azərbaycan R ilə əlaqədar məlumatların inkişaf etdirilməsi" nəzərdə tutulur. "Vikipedia"da Azərbaycan kontentinin artırılması üçün RİTN Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparıb.

Belə ki, yarandığı zamandan etibarən, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən AGTA RİTN-in Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin dəstəyilə "VikiHərəkat" layihəsinin icrasına başlayıb: "İlin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, Azərbaycanda "Vikipedia" könüllülük hərəkatının yayılmasından ibarətdir". "VikiHərəkat" iki əsas komponenti özündə ehtiva edir.

Bunlardan birincisi "VikiHərəkat"a qoşulan fərd və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə "Vikipedia"da məqalələrin yerləşdirilməsi, eləcə də onların bacarıqlarının artırılmasıdır.

Layihənin ikinci əsas komponenti təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediaçıların səriştəsinin artırılmasıdır. Belə ki, ilkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə "Təlimçilərin təlimi" keçiriləcək.

İkinci mərhələdə isə hazırlanmış təmsilçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, şimal bölgəsi üzrə Xaçmazda, cənub bölgəsi üzrə Lənkəranda, mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək.

Qeyd edək ki, 14-15 sentyabrda Bakı şəhərində keçiriləcək "Təlimçilərin təlimi"ndə iştirak etmək üçün "Ərizələrin qəbulu" elan ediləcək. Regionlarda keçiriləcək təlimlərin tarixi isə "Təlimçilərin təlimi"ndən sonra elan ediləcək. Bütün təlim iştirakçıları "VikiHərəkat"a qoşulacaqlar.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek