Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

13.09.2013 10:17

Azərbaycan ABŞ-la rabitə və İKT sahələrində əlaqələrini genişləndirir

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 3-5-də ABŞ-ın Nyu-York şəhərində səfərdə olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazirin Birləşmiş Ştatlara səfəri əlamətdar hadisələrlə yadda qalıb.

Sentyabrın 4-də BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində keçirilən 98-ci plenar iclasında iştirak edən nazir Ə.Abbasov geniş məruzə ilə çıxış edib. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo, BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klarkla keçirilən ikitərəfli görüşlərdə Azərbaycanın BMT layihələrindəki rolu və növbəti təşəbbüslər müzakirə olunub.

ABŞ Dövlət Departamentində Beynəlxalq  Kommunikasiyalar və İnformasiya Siyasəti üzrə koordinator, səfir Daniel Sepulveda ilə görüşdə isə Azərbaycan-ABŞ münasibətlərində rabitə və İKT sahələrində əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub.

Bundan başqa, nazir ABŞ-ın “ITT Exelis” qrupunun vitse-prezidenti, istefada olan general-mayor Merser və “Futron” şirkətinin prezidenti Şhakil Qureyşi ilə ikitərəfli işgüzar görüş keçirib.

Sentyabrın 4-də RİTN-in təşəbbüsü ilə “UN Plaza” mehmanxanasında Azərbaycan gecəsi təşkil olunub, tədbirdə BMT yanında akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan və yerli diasporların nümayəndələri iştirak ediblər. Tədbir və görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev də iştirak edib.

Qeyd edək ki, səfər zamanı Rabitə və İnformasiya Texnologiyaları və Xarici İşlər nazirliklərinin birgə təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və Avrasiya Rabitə Alyansının (ABA) yaradılmasını nəzərdə tutan qətnamə layihəsi yekdilliklə bütün BMT dövlətləri tərəfindən qəbul olunub. Qətnamə layihəsi Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev tərəfindən assambleya üzvlərinə təqdim edilib. Qətnamə layihəsinin müzakirəsi zamanı Baş Assambleyanın sədri Vuk Yeremiç və BMT baş katibinin  iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo çıxış edərək Azərbaycan təşəbbüsünü dəstəkləyiblər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/11/2019 20/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek