Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

19.11.2013 10:31

“Bakutel 2013” sərgisi “İnformasiya-kommunikasiya texnologiyaları ilini” qeyd edir

2 - 5 dekabr tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri  - “Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisi keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü ilə bu il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Bununla əlaqədar olaraq, “Bakutel 2013” sərgisində son illər Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər nümayiş etdiriləcək.

Bu günə qədər dünyanın 25-dən çox ölkəsindən, o cümlədən Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən 269 şirkət sərgidə iştirakını təsdiqləyib. Ənənəvi olaraq, aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribyutorları sərgidə çıxış edəcəklər. Builki sərginin fərqləndirici cəhəti çoxsaylı milli stendlərin iştirakı olacaq və bu stendlər sərgidə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə iştirak edirlər. Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniyan və bir sıra digər ölkələrin milli stendləri də sərgidə geniş şəkildə təqdim olunacaq. Əfqanıstan, İtaliya, İraq və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcəklər. Bu il “BakuTel” sərgisinin baş sponsoru sərginin daimi iştirakçısı, habelə informasiya texnologiyaları sahəsində ən böyük amerikan şirkətlərindən biri olan “HP” şirkətidir.

Sərgidə Trans-Avrasiya Super İnformasiya Magistralı (“TASIM”) layihəsi, Azərbaycanın kosmik sənayesi və Azərbaycanda İT texnoparkının yaradılması layihəsi öz əksini tapacaq. Bu il Azərbaycanda vüsət alan “startup” hərəkatına böyük diqqət yetirmək nəzərdə tutulur və Bakı Ekspo Mərkəzində onların təqdimatı üçün xüsusi olaraq ayrılmış zonalardan əlavə, “Azərbaycanda milli startup-ların dəstəklənməsi” mövzusunda konfrans keçiriləcək.

Bu il sərgi təkcə iştirakçıların sayına görə deyil, həm də sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin sayına görə ən zəngin sərgi olacaq. Belə ki, bu tədbirlər sırasında internetin inkişafı, kibertəhlükəsizlik, internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminar və konfranslar, “TASIM” konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, “Azərbaycan-ABŞ” İKT forumu, BMT-nin Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyasının “SPECA” layihəsinin işçi qrupunun “Biliyə əsaslanan iqtisadiyyatın inkişafı” mövzusunda iclasları, Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar olan tədbir yer alır. “BakuTel” sərgisinin mühüm tədbirlərindən biri Dünya Azərbaycanlılarının I Virtual Konfransı olacaq. Lakin tədbirlərin siyahısı bununla bitmir, belə ki, müxtəlif seminar və konfransların keçirilməsi barədə təkliflər hələ də daxil olmaqdadır. Sözügedən tədbirlər çərçivəsində bu sahənin beynəlxalq strukturları ilə bir sıra memorandumların imzalanması baş tutacaq.

Azərbaycanda “İKT ili” ilə əlaqədar olaraq, sərgidə ziyarətçi və iştirakçılar üçün xüsusi proqram nəzərdə tutulmuşdur. Hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunacaq. Bakı Ekspo Mərkəzinin ziyarətçiləri və sərgi iştirakçıları üçün çoxlu sürpriz, müsabiqə və viktorinalar hazırlanmışdır. Burada hər kəs lazer şousunun iştirakçısı ola biləcək. Zalların birində ən yeni texnoloji vasitələrdən istifadə etməklə xüsusi oyun zonası quraşdırılacaq. Ziyarətçiləri isə xüsusi olaraq sərgi qonaqlarını salamlamaq üçün “Bakutel” sərgisinə gəlmiş dünyaca məşhur “Titan” robotu qarşılayacaqdır.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sərginin inkişafında və təşəkkül tapmasında mühüm rol oynamışdır və uzun illərdir ki, “Bakutel” sərgisinə əvəzolunmaz dəstək göstərir. “Bakutel” sərgisinin beynəlxalq nüfuzu bu sahə üzrə beynəlxalq təsisatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Elektrik Rabitə İttifaqı (ITU) və Regional Rabitə Birliyinin (RRB) dəstəyi, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı ilə təsdiq olunur.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər.

Əlavə məlumat üçün sərginin rəsmi www.bakutel.az veb-saytına daxil ola bilərsiniz.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek