Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

27.11.2013 16:07

Ölkələr qlobal kibertəhlükəsizlik mövzusunu “Bakutel-2013”-də müzakirə edəcəklər

19-cu Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı "Bakutel-2013" çərçivəsində bir sıra nüfuzlu tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlərdən biri də 2-3 dekabr tarixlərində "Fourseasons" otelində keçiriləcək "Kibertəhlükəsizlik üzrə konfrans"dır (Global Cyber Security Cooperation: Challenges and Visions).

Məlum olduğu kimi, bu gün kibertəhlükəsizlik, onlayn təhlükəsizlik və şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri qlobal gündəlikdə duran ən mühüm prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir. Bu sahədə effektiv beynəlxalq əməkdaşlıq, çoxtərəfli dialoqun nailiyyəti, uğurlu qərarların qəbulu və bu qərarların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-dövlət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlər keçirilir. Azərbaycanın ev sahibliyi edəcəyi "Global Cyber Security Cooperation: Challenges and Visions" da bu tədbirlərdən biridir. Tədbir informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Dünya Bankı, Dünya İqtisadi Forumu, İNTERPOL, Azərbaycanın dəstəyi, "HP" şirkətinin sponsorluğu, Azərbaycan Hökuməti tərəfindən təşkil edilir. Konfrans kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib. Tədbir, həmçinin internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübənin mübadiləsini təmin və təşviq etmək məqsədi daşıyır. Konfrans eyni zamanda gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, QHT-lərin yüksəksəviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirəcək. Konfransda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, Avropa Parlamentinin üzvü Kristina Ojuland, Monteneqro Hökumətinin İqtisadi siyasət və Maliyyə üzrə baş nazirinin müavini (həmçinin İnformasiya ictimaiyyəti naziri) Vujica Lazoviç, Əfqanıstan İslam Respublikasının rabitə və  informasiya texnologiyaları naziri cənab Əmirzay Sangin, Burundi Respublikasının Parlament əlaqələri, telekommunikasiya və İKT naziri Nihazi Leocadie, İraqın rabitə  naziri Torhan M.Əl-Müfti və digər nüfuzlu şəxslərin çıxışları gözlənilir.

Qeyd edək ki, konfransla bağlı daha ətraflı məlumatlar "http://www.bakucyber.az/" saytında yerləşdirilib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  23/07/2019 24/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek