Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

29.11.2013 12:18

2 - 5 dekabr tarixində Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - “Bakutel 2013” sərgisi keçiriləcək

2 - 5 dekabr tarixində Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - “Bakutel 2013” sərgisi keçiriləcək. Sərgi keçirildiyi illər ərzində yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün mühüm meydançaya çevrilmişdir. “Bakutel” sərgisinin inkişafı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin uzun illər dəstəyi sayəsindədir. Sərginin yüksək nüfuzu beynəlxalq və sahəvi qurumların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Regional Rabitə Birliyinin (RRB) nümayəndələrinin mütəmadi iştirakı, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı ilə təsdiq olunur.

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. “Bakutel 2013” sərgisinin bütün ekspozisiyasında bu məqam xüsusi olaraq nəzərə çarpır. Sərgi çərçivəsində çoxsaylı işgüzar görüşlər, müxtəlif toplamlar, habelə sərgi ziyarətçiləri üçün çoxsaylı maraqlı tədbirlər planlaşdırılıb və bu tədbirlərdə  yüksək vəzifəli qonaqlar iştirak edəcəklər.

 

Sahənin artmaqda olan potensialının göstəricilərindən biri sərgi meydançasının bu il 35% genişləndirilərək yerli iştirakçılarla yanaşı  dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirməsidir. Bu əlamətdar ildə “Bakutel” sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin ümumilikdə 12000 m2 olan üç zalı və foyesini əhatə edir. Foyedə yerləşəcək Azərbaycanın milli pavilyonunda son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi işlər haqqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunacaq. Burada İKT sahəsini əks etdirən layihələrin nümayişi ilə yanaşı, ilk dəfə olaraq Bakıdakı sərgidə öz stendi ilə iştirak edən Birləşmiş Millətlər Təşkilatının (BMT) pavilyonu da yerləşəcək.

 

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə təşkil olunmuş milli pavilyonların sərgidə fəal iştirakı artıq “Bakutel” sərgisinin ənənəsinə çevrilir. Bu il 15 ölkə milli pavilyonu ilə (Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və s.) sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirəcəklər. Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcəklər.

 

Həmçinin, aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və distribyutorlar da sərgidə fəal təmsil olunacaqdır. Sərgi eksponentlərinin 40%-i daimi iştirakçılardır. Sərginin keçirildiyi müddət ərzində yerli şirkətlərin hər il artması və bu il bütün iştirakçıların 30%-ni təşkil etməsi həm sevindirici hal, həm də əsas nailiyyətdir.

 

Dörd gün ərzində sərgi ekspozisiyası telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları seqmentlərini əhatə edəcək. Sərgidə Azərbaycanın birbaşa iştirak etdiyi İKT sahəsində çoxsaylı beynəlxalq və yerli layihələr öz əksini tapacaq. Bu cür layihələrə Trans-Avrasiya Super İnformasiya Magistralı (“TASIM”) və Avropa İran Sürətli Magistralının (EPEC) çəkilməsi, Azərbaycanda Yüksək Texnologiyalar parkının yaradılması, peyk layihələrini misal göstərmək olar. Əvvəllər olduğu kimi, sərgidə kosmik sənaye, yerüstü peyk idarəetmə mərkəzinin fəaliyyətinin yaradılmasının və kadrların hazırlanması sahələrinə xüsusi diqqət yetirir. Belə ki, “Azərkosmos” şirkətinin stendində milli telekommunikasiya peykinin fəaliyyətnin gələcək illərdəki planları əks olunacaq. Sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin təqdim olunması üçün yaradılmış  “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti nümayiş olunacaqdır.

 

“Bakutel” sərgisinin ənənələrindən biri də Azərbaycanda və regionda İKT sahəsinin ən böyük tədbiri çərçivəsində gənc mütəxəssislər üçün öz ideyaları , habelə yaratdıqları proqram məhsullarının və xidmətləri açmaq imkanının yaradılmasıdır. Bununla əlaqədar olaraq, sərgidə təşkilatçıların və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə stendlərdə “start-up”larla təmsil olunacaqdır. Bu il 11 gənc mütəxəssis öz yeni həllərini nümayiş etdirəcək.

 

Builki sərginin fərqləndirici cəhəti “Bakutel” sərgisinin keçirildiyi müddətdə bütün İKT mütəxəssislərini bir araya gətirəcək zəngin işgüzar proqram olacaq. Proqrama internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminar və konfranslar, “Azərbaycan-İsrail”, “Azərbaycan-ABŞ” İKT forumları daxildir. İşgüzar proqramın əsas tərkib hissəsi isə beynəlxalq əməkdaşlığa həsr olunmuş tədbirlər - “TASIM” konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, BMT-nin Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyasının “SPECA” layihəsinin işçi qrupunun “Biliyə əsaslanan iqtisadiyyatın inkişafı” mövzusunda iclası, Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar olan tədbirlərdən ibarət olacaq. Dünyanın 20-dən çox ölkəsindən 50-dən artıq nümayəndə heyətini bir araya gətirəcək “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq: problemlər və perspektivlər” mövzusunda konfrans Azərbaycan üçün mühüm tədbirə çevriləcək. 2 dekabr tarixində Dünya Azərbaycanlılarının I Onlayn Konfransı, 2-4 dekabr tarixində isə irəliləyişin hərəkətedici qüvvəsi kimi       I Regional İnternet İdarəçilik Forumu keçiriləcək.

 

Bakutel zamanı əlamətdar hadisələrdən biri də Azərbaycan İKT sektorunda fəaliyyət göstərən şirkətlərdən birinin ölkədə ilk dəfə olaraq səhmlərinin İlkin Kütləvi Təklif (IPO) yolu ilə Bakı Fond Birjasında satışa çıxarması planının açıqlanmasıdır.

 

“İKT ili” ilə əlaqədar olaraq, “Bakutel” sərgisinin daha parlaq və zəngin olacağı gözlənilir. Belə ki, təşkilatçılar “B2B” formatında keçirilən işgüzar atmosferi rəngarəng müsabiqələr, lotereyalar, mükafatlar və virtual yarışlarla daha da zənginləşdirəcək əlavə tədbirlər planlaşdırmışlar. İlk gün ziyarətçilər köhnəlmiş İKT detallarından istifadə edilməklə hazırlanan geyimlər şousunu izləyəcəklər. Üçüncü pavilyonda yerləşdirilmiş oyun zonasında hər bir şəxs lazer simlərdə və X-boks oyunlarında iştirak edə biləcək. Sərginin ziyarətçilərini isə öz şou proqramı ilə MDB ölkələrində ilk dəfə Azərbaycan sərgisində olan dünyaca məşhur “Titan” robotu qarşılayacaq. “Titan” Hyu Cekmanla (Hugh Jackman) birlikdə çox məşhur “Canlı polad” (“Real Steel”) döyüş filminin epizodik obrazı olaraq hamı tərəfindən sevilib. Bu robot iri şirkətlərin, məşhur brend və markaların təqdimatlarında, eləcə də Qran-pri Formula 1 yarışında iştirak etmişdir. “Titan” robotu dünya miqyaslı superulduz Rihannanın konsert turnesini də uğurla müşayiət etmişdir. Robot və onun çıxışının vaxtı barədə ətraflı məlumatı sərginin http://bakutel.iteca.az/2013/ veb-saytından əldə edə bilərsiniz. Üçüncü zalda yerləşən istirahət zonasında dincəlmək və öz təəssüratlarını bölüşmək mümkündür. Beləliklə, əlavə tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi ilə xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaradacaq.

“İKT ili” ilə əlaqədar olaraq, eyni əhval-ruhiyyə “Bakutel 2013: Daily News” qəzetinin xüsusi buraxılışlarında da öz əksini tapacaq. Qəzet hər gün sərginin işini, işgüzar proqramın tədbirlərini işıqlandıracaq, İKT sahəsinin əsas simalarının məqalələrini, iştirakçılarla müsahibələri dərc edəcək, habelə Bakı Ekspo Mərkəzində sərgi iştirakçıları və ziyarətçilər arasında paylanacaqdır.

 

Beləliklə, Azərbaycanda “İKT ilində” keçirilən təntənəli “Bakutel” sərgisi telekommunikasiya sahəsində uzunmüddətli və səmərəli fəaliyyət üzrə bütün sahə mütəxəssislərinin görüşü üçün əsas və olduqca effektiv biznes meydançası statusunu bir daha təsdiq edəcək. Bu il sərginin baş sponsoru “HP” şirkətidir. “Iteca Caspian” şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları, rəsmi turoperatoru isə “Greenwich Travel Club” şirkətidir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Britaniyanın “ITE Group plc” şirkəti çıxış edirlər.

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek