Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

29.11.2013 13:05

“BakuTel 2013” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

Bu gün, yəni 29 noyabr saat 12:00-da “Hilton Bakı” otelində “BakuTel 2013”- 19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazir müavini cənab Elmir Vəlizadə, “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov və “Bakutel” layihəsinin rəhbəri Rəna Abutalıbova iştirak edirdilər.

 

Mətbuat konfransını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazir müavini Elmir Vəlizadə ilk növbədə hamını Azərbaycanda “İKT ili” münasibəti ilə təbrik etdi. Daha sonra       E. Vəlizadə jurnalistlərə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində nazirlik tərəfindən planlaşdırılan layihələr barədə danışaraq cari ilin sektor üzrə statistik göstəricilərini onların diqqətinə çatdırdı. Konfrans əsnasında jurnalistlərə builki sərgidə iştirak edəcək milli stendlərin misli görünməmiş artımı və zəngin ekspozisiyası barədə də məlumat verildi.

Mətbuat konfransı başa çatdıqdan sonra “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov sərginin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə öz minnətdarlığını bildirdi və təşkilatçılar adından iştirakçılara və ziyarətçilərə “Bakutel 2013” sərgisində uğurlu iş arzuladı.

Xatırladırıq ki, “Bakutel 2013” sərgisi 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  14/10/2019 15/10/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek