Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2013 18:59

Xorvatiyalı mütəxəssislərin aktual təklifləri

Aleksandr Fridman (Alexander Friedman), Xorvatiya Təsərrüfat Palatasının İnformasiya texnologiyaları departamentinin baş ekspert köməkçisi

- Artıq ardıcıl olaraq üçüncü dəfədir ki, bizim departament “Bakutel” sərgisində xorvat nümayəndə heyətinin iştirakını təşkil edir. Daha öncə əldə etdiyimiz müsbət təcrübəni nəzərə alaraq, biz bu il müxtəlif İKT sahələrində fəaliyyət göstərən səkkiz şirkətin iştirakını təşkil etmişik. Bu şirkətlər proqramlaşdırma, telekommunikasiya və optik avadanlıqlar, bank biznesində İKT texnologiyaları, media sektoru üçün proqram təminatının işlənib hazırlanması və neft-qaz boru kəmərləri üçün GPS texnologiyaları, habelə girişə nəzarət və biletlərin satışı sistemləri sahəsində ixtisaslaşırlar.

Xorvatiyadan olan iştirakçılarla bağlı daha ətraflı məlumat üçün www.connect2croatia.com veb-saytına daxil ola bilərsiniz.

Fəaliyyət göstərdiyi dövr ərzində “Bakutel” sərgisi Azərbaycanın telekommunikasiya bazarının aparıcı tədbirinə və ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu sərgi bir çox ölkələrdən mütəxəssislərin, ekspertlərin və sənaye peşəkarlarının diqqətini cəlb edərək, yeni-yeni nailiyyətlərin əsasını təmin edir. Bütün şirkətlərimiz bizim üçün həm çox cəlbedici, həm də yeni olan Azərbaycan bazarını mənimsəməyə çalışırlar və bu sərgi gələcəkdə inkişaf etdirə biləcəyimiz işgüzar münasibətləri formalaşdırır. Burada biz nəinki Azərbaycandan, eləcə də digər ölkələrdən olan potensial müştəri və tərəfdaşlarla tanış oluruq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek