Site map
Contacts
Archive
Azərbaycan
versiyası
Šóńńźą’
āåšńč’





Top News

15.02.2013 13:40

Azərbaycanın ilk telekommunikasiya peyki fevralın 15-də orbitdə öz yerini tutacaq

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın fevralın 8-də Fransa Qvianasının Kuru kosmodromundan kosmosa buraxdığı «Azerspace-1» ilk milli süni telekommunikasiya peyki artıq fevralın 15-də orbitdə öz yerini tutacaq.

Peyk orbitdə 46 dərəcə şərq uzunluq dairəsində yerləşəcək. «APA-Economics»in məlumatına görə, bunu «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

 

Onun sözlərinə görə, mart ayının ilk yarısında isə «Azerspace-1» peyki tam olaraq «Azerkosmos»a təhvil veriləcək: «Və məhz martın 15-dən sonra aktiv müştərilərin cəlb olunmasına başlanacaq. Maraq böyükdür».

 

Xatırladaq ki, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.


Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək.


Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.


Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.

all news



JOIN US!
Top news
SUPPORT



TRAVEL PARTNER
Premier Tour
SECURITY PARTNER
OFFICIAL HOTELS
Qafqazpoint


SheratonBaku
Warning!
Free shuttle buses now depart from Koroglu station.
EXCHANGE RATES
  05/12/2019 06/12/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
WEATHER



      BakuTel is Copyright © 2000-2019 All rights reserved. Hosted by VebTek