Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2013 19:03

Dünyada ilk dəfə olaraq, Azərbaycanda unikal brend fəaliyyətə başlayır

Aleks Kaplun, İsrail-Azərbaycan Ticarət Sənaye Palatasının prezidenti və İdarə heyətinin sədri

- Bizim palata bu yaxınlarda qeydiyyatdan keçsə də, “Bakutel” sərgisində 13 şirkətin iştirakını təşkil etməklə, olduqca əhəmiyyətli tədbir həyata keçirir. Bütün təşkilati məsələləri Ticarət-Sənaye Palatası öz üzərinə götürmüşdür və biz İsraildə fəaliyyət göstərən İKT şirkətlərinin Azərbaycan bazarına maraq göstərmələrinə nail ola bilmişik.

Sərgidə dörd şirkətimiz tərəfindən korporativ şəbəkələrin təhlükəsizliyindən tutmuş haker hücumundan mühafizəyə qədər kibertəhlükəsizlik mövzusu geniş şəkildə təqdim olunur. Proqramımızın əsas hadisəsi isə “Life Watch” şirkətinin ekspozisiyasıdır, belə ki, 3 dekabr tarixində sözügedən şirkətin stendində tamamilə yeni brendin - android platformalı “Life Watch” tibbi smartfonunun uduş lotereyası keçiriləcək. Bu smartfon (datçiklər sayəsində) insan sağlamlığına nəzarət edir və bu cür smartfonların sahibləri bir çox xəstəliklərin peşəkar tibbi diaqnostikasından faydalana, sizin həkiminiz isə “Life Watch” datçiklərinin tibbi göstəricilərini daim nəzarətdə saxlaya bilər. Sərgi iştirakçılarının bir neçəsi bu smartfonların sahibi olduqdan sonra, Bakının mağazalarında onun rəsmi satışı elan olunacaq. Bu hadisənin unikallığı isə ondan ibarətdir ki, sözügedən brend bizim Ticarət Sənaye Palatasının fəal dəstəyi ilə dünyada ilk dəfə olaraq Azərbaycanda fəaliyyətə başlayır.

Dekabr ayının 4-də Bakının dənizkənarı bulvarında yerləşən biznes mərkəzində İsrail-Azərbaycan biznes-forumu təşkil olunacaq və bu forum çərçivəsində mühazirələr, habelə İKT sektorunda fəaliyyət göstərən mütəxəssislərlə ikitərəfli görüşlər keçiriləcək. Bu isə perspektiv işgüzar əlaqələrinin yaranmasına imkan yaradacaqdır.

Əlbəttə, həm sərgi, həm də biznes-forum hər iki ölkə iqtisadiyyatının inkişafı üçün vacibdir, belə ki, bizim təşəbbüslər “İKT ili”ndə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursun bir hissəsi olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstəklənir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek