Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2013 15:11

Bakıda “Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər ” mövzusunda konfrans keçirilib

“Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər ” mövzusunda konfrans keçirilib. Beynəlxalq tədbir “Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində reallşıb. Konfrans  Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Dünya İqtisadi Forumu  və «interpol»un dəstəyi ilə Azərbaycan hökuməti tərəfindən təşkil edilib. Konfrans kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib.Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, beynəlxalq konfransda 15 ölkə iştirak edir. Onun sözlərinə görə, bu konfransın keçirilməsinə məqsəd kiber hücumlara qarşı mübarizədə qlobal əməkdaşlıq aparmaqdır. Azərbaycan bu sahədə mövcud olan problemlərin həllində maraqlıdır. Əli Abbasov çıxışı zamanı onu da qeyd edib ki, bu gün Azərbaycan kiber cinayətkarlığına məruz qalır və bu, danılmaz faktdır. Mövcud problemin aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilir və məsələnin həlli müəyyən dərəcədə öz müsbət təsirini göstərir. Konfransda iştirak edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture çıxışında vurğulayıb ki, konfrans gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, qeyri-hökumət təşkilatlarının yüksəksəviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirib. Hamadun Ture  bildirib ki, İnternetdən istifadə edənlərin sayı nə qədər çoxdursa, internetə qoşulanların sayı artırsa, bu daha çox kiber təhlükə yaradır. Bu qlobal  problemə hamı birmənalı yanaşmalı və birgə fəaliyyət göstərməlidir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek