Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2013 15:46

Məlumatların emalı, arxivləşdirmə, sənədlərin idarə edilməsi…

Oğuz Aktün, “Hobim” (Türkiyə) şirkətinin satış üzrə meneceri:

-Biz telekommunikasiya operatorları, İT şirkətləri və banklar üçün müxtəlif həll variantları təklif edirik. Bizim şirkət əsasən məlumatların emalı, çap edilməsi və paylanılması sahəsində ixtisaslaşır. Biz məlumatların emalından  sonra bir gün ərzində sifarişçiyə içində çap edilmiş formada məlumatlar yerləşən 11 milyona qədər zərf təqdim etmək iqtidarındayıq. Bizim xidmətlər sayəsində şirkətlər sənədlər üzərində işə ayırdıqları vaxta xeyli qənaət edə bilirlər. Təklif etdiyimiz xidmətlərin digər bir növü də məlumatların rəqəmsallaşdırılması, fiziki və rəqəmsal formada arxivləşdirilməsi və saxlanması üzrə həll variantlarıdır. Şirkət həm də telekommunikasiya operatorları üçün SİM kartlar və “skretç” kartlar istehsal edir. Beş ildir ki, biz “Azərcell” şirkətinə arxivləşdirmə üzrə xidmətlər göstəririk və bu şirkət üçün SİM kartlar hazırlayırıq. Mən hesab edirəm ki, bu əməkdaşlığı bizim işimizin uğurlu olmasına dair ən bariz nümunə kimi göstərmək olar.

Azərbaycan informasiya texnologiyaları sektorunun inkişafına böyük sərmayələr yatırır və mən inanıram ki, bu sahənin mühüm tərkib hissəsi olan arxivləşdirmə, sənədlərin idarə olunması, məlumatların rəqəmsallaşdırılması və paylanılması xidmətləri bu sahə ilə birlikdə inkişaf edəcək. Məhz buna görə də biz “Bakutel” sərgisində iştirak edirik. Tədbir olduqca yüksək səviyyədə təşkil olunub. Mən bir faktı da xüsusilə qeyd etmək istərdim ki, ziyarətçilər arasında xeyli mütəxəssis, dövlət strukturlarının nümayəndələri və sahibkarlar var.



bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek