Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2013 16:03

Azərbaycan və Belarus arasında birbaşa kanalların təşkili üzrə perspektivlər

Gennadiy Melnikov, “BELTELEKOM” Respublika Unitar  Müəssisəsində  baş direktorun birinci müavini:

-    Biz çox şadıq ki, “BakuTel 2013” sərgisində Belarus milli operatorunun imkanlarını nümayiş etdirən geniş stendlə iştirak edirik. “BELTELEKOM” əmtəə nişanı artıq 18 ildir ki, kommunikasiya texnologiyaları bazarında tanınmaqla yanaşı, ölkə daxilində bütün növ kommunikasiya xidmətləri göstərir və dünyanın 170 beynəlxalq operatoru ilə əməkdaşlıq edir.

Şirkət ölkədə genişzolaqlı İnternet xidmətini fəal şəkildə inkişaf etdirir və müasir “xPON” texnologiyasını tətbiq edir. Biz 2012-ci ilin aprel ayında öz Azərbaycanlı həmkarlarımızla əməkdaşlıq memorandumu imzaladıq və bu memorandum bizim əməkdaşlığımızı daha da genişləndirməklə yanaşı, bazarda irəliləyişimizi sinxronlaşdırdı və strategiya, texnologiya və təcrübə mübadiləsinə təkan verdi.

Hazırkı missiyanın qarşısında duran vəzifələrdən biri də “Beynəlxalq hesablaşmalar mərkəzi” ilə görüşün keçirilməsidir. Biz bu görüşdə birbaşa Azərbaycan-Belarus kanallarının və trafikin Azərbaycandan Frankfurtda yerləşən mübadilə məntəqəsinə tranzit üsulu ilə nəql olunmasının təşkilinə dair memorandum imzalamağa hazırlaşırıq. Bu hadisə münasibətlərin inkişafında ciddi sıçrayışa səbəb olacaq və qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcəkdir. Biz bu sərgi çərçivəsində Azərbaycanın bütün telekommunikasiya operatorları ilə görüşlər keçirməyi və qarşılıqlı faydalı əməkdaşlıq haqqında müqavilələr imzalamağı planlaşdırırıq. Bu isə Belarus-Azərbaycan dostluğunun möhkəmləndirilməsinə əlavə töhfə olacaq.

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek