Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2013 16:06

“Iskratel” şirkətinin təqdimatında “smart” texnologiyalar

Jasmin Kukavitsa, “ISKRATEL” (Sloveniya) şirkətinin MDB ölkələrində satış üzrə icraçı direktoru:

- “ISKRATEL” şirkətinin məhsulları Sloveniyanın Kran şəhərində, təqribən 60-a yaxın yaşı olan zavodda istehsal olunur. Biz 2009-cu ildə Azərbaycanda öz nümayəndəliyimizi və servis mərkəzimizi açdıq. Şirkətimiz “Aztelecom”, “Azeurotel”, “Ultel” və digər operatorlarla əməkdaşlıq edir. “ISKRATEL” şirkətinin əsas məqsədi tərəfdaşlıq əlaqələrinin qurulması və həm tərəfdaşlarımızın, həm də sifarişçilərimizin tələbatlarını başa düşməkdə kompromis yanaşma tərzinin nümayiş etdirilməsidir.

Bu il şirkətimiz yüksək məhsuldarlıqlı multi-servis qovşağımda optik giriş imkanından istifadə edən “smart” texnologiyalar təqdim edir. Ekspozisiyada həmçinin dəmir yolları, metropolitenlər və neft-qaz nəqli üçün telekommunikasiya sahəsində bir sıra həll variantları nümayiş etdirilir.

Hazırda Azərbaycan regionun qabaqcıl ölkəsidir və texnoloji inkişaf üçün sərmayələr yatırır. Buna görə də biz hesab edirik ki, burada bizim məhsullara olan tələbat daha da artacaq. Biz 2010-cu ildən etibarən “Bakutel” sərgilərində hər il iştirak edirik. Bu il isə iştirak səviyyəsi, stendlərin keyfiyyəti və ildən-ilə sabit inkişaf nümayiş etdirən bu sərginin təşkili mənə olduqca xoş təsir bağışladı. Biznes bir çox cəhətdən insan amilindən asılıdır və bu cür sərgilər müəssisənin ixtisas sahəsini nümayiş etdirməklə yanaşı, iştirakçıları yeni tərəfdaşlarla görüşərək söhbət etməyə həvəsləndirir. Necə deyərlər: “Nə qədər çox insanla əlaqə yaratsan, bir o qədər çox müqavilə imzalaya bilərsən”. Bu baxımdan “Bakutel” sərgisinin rolu çox böyükdür!

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2019 21/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek