Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2013 18:21

Ekspozisiyamızın mərkəzində metal və lifli kabellər nümayiş etdirilir

Ladislav Man (Ladislav Mahn), “Mecosta” şirkətinin İcraçı direktoru:

- Şirkətimiz 20 ildən çoxdur ki, Çexiyada təsis edilib. Biz öz məhsullarımızı ümumilikdə dünyanın 35-dən çox ölkəsinə ixrac edirik, lakin ilk dəfədir ki, Azərbaycanda keçirilən bu sərgidə iştirak edirik. Bu iştirakımızı praktiki ideyalarla şərtləndirmək olar, belə ki, bizdə Azərbaycan bazarına təklif etmək üçün bir sıra məhsullar var. Biz mobil rabitə operatorları və distribyutorlarla, eləcə də “FTTH” (Fibre To The Home - “evə qədər fiberoptik kabel”) təchizatçıları ilə əməkdaşlıq etmək istəyirik. “Mecosta” şirkətinin ekspozisiyasında istənilən şəbəkə səviyyəsi üçün məhsullar təqdim olunur - bunlara həm metal, həm də lifli kabellər daxildir. Mən bütün arzu edən  insanları stendimizə baş çəkməyə dəvət edirəm və əminəm ki,  məhsullarımızın çox gözəl qiymət-keyfiyyət nisbəti potensial müştərilərdə maraq oyadacaq.

“BakuTel” kimi sərgilər biznesin inkişafına böyük dəstək verir. Mən bunu öz çoxillik təcrübəmə əsaslanaraq təsdiq edə bilərəm. Biz son illər ərzində bütün Avropa üzrə oxşar sərgilərdə olmuşuq və müştərilərimizin əksəriyyəti ilə məhz belə tədbirlərdə rastlaşmışıq. Rəsmi Bakının telekommunikasiya xidmətləri sektorunun inkişafı ilə bağlı strateji mövqeyi düzgün seçilib və mən inanıram ki, biz Azərbaycanda həm də regional nümayəndə kimi fəaliyyət göstərə bilən tərəfdaşlar tapa biləcəyik.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek