Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2013 15:15

Litva şirkətlərinin “Bakutel” sərgisində dördüncü iştirakı

Boleta Senkiene, “Infobalt” Assosiasiyasının ixrac və investisiyalar üzrə rəhbəri:

- Əsası 1994-cü ildə qoyulmuş “Infobalt” Assosiasiyası milli İKT sektorunu təmsil edir və Litvada təxminən on min mütəxəssisin çalışdığı 130 müəssisəsini və tədris-təhsil müəssisəsini özündə birləşdirir. Assosiasiya İKT sektorunun inkişafı üçün ən yaxşı şəraitləri yaratmağa çalışır və “Digital Europe”, habelə “Witsa” kimi nüfuzlu beynəlxalq strukturların tərkibinə daxildir.

Artıq dördüncü dəfədir ki, “Infobalt” nüfuzlu Litva şirkətlərinin “Bakutel” sərgisində iştirakını təşkil edir. Bizim ümumi rəyimiz belədir: bu sərgilər litvalılar üçün çox maraqlı və faydalıdır; onlar burada öz tərəfdaşları və potensial istehlakçıları ilə görüşürlər. Biz hamımız bizim Azərbaycanlı həmkarlarımızın işgüzar və səmimi əhval-ruhiyyəsini hiss edirik. Azərbaycan Prezidentinin bizim pavilyona baş çəkməsi və litvalı eksponentlərə ünvanladığı təbrik sözləri bizim üçün xüsusi şərəf oldu.

Biz Azərbaycanı Litvanın hərtərəfli münasibətləri inkişaf etdirməyə çalışdığı ölkələrin beşliyinə daxil olan, biznesin inkişafının prioritet istiqaməti hesab edirik. Bu il nümayəndə heyətimizdə 8 şirkət var, onlardan hər biri İKT sahəsində öz həll variantını təklif edir. Elektron bankçılıq (“e-banking”) üzrə həll variantları Azərbaycan bazarı üçün ən maraqlı təkliflərdən ola bilər, belə ki, texnologiyalar istifadəçinin “təbii interfeysindən”, yəni yalnız səs və əl jestlərindən istifadə edir.

Bizim şirkətlər həmçinin informasiya təhlükəsizliyi sahəsində həll variantları, ayrı-ayrı təşkilatların şəbəkələrində çalışan müxtəlif proqram təminatlarının zəif tərəflərinin yoxlanılması, və həm dövlət, həm də özəl sektorda gəlir və ödənişlərin elektron idarə edilməsi də daxil olmaqla, fəaliyyətin idarə olunması üzrə həll variantları təqdim edirlər.

Litva şirkətləri haqqında daha ətraflı məlumatı www.infobalt.lt veb-saytından və ya bizim 2208 saylı pavilyonumuza baş çəkərək əldə edə bilərsiniz.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek